
UEFA Super Kuboku uğrunda oyuna ev sahibliyi etmək hüququ Rusiyanın Kazan şəhərindən alınıb.
"AVESTA.AZ" qurumun rəsmi saytına istinadən xəbər verir ki, builki qarşılaşma Yunanıstanın paytaxtı Afinada keçiriləcək. Görüş avqustun 16-da təşkil olunacaq.
Avropa futbol qurumu Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiyada öz bayrağı altında hansısa matçın və ya turnirin keçirilməsinə qadağa qoyub. Həmçinin ölkənin yığmaları və klubları avrokuboklardan kənarlaşdırılıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.