
Tanınmış jurnalist Ləman Ələşrəfqızı bundan sonra həm də "Space TV"də çalışacaq.
BAKU.WS xəbər verir ki, o sözügedən televiziya kanalında "Qırmızı xətt" verilişinin aparıcısı olacaq.
Bu barədə kanalın rəsmi sosial şəbəkə hesabında bildirilib.
Yeni layihəsi barədə fikirlərini bölüşən Ləman Ələşrəfqızı "Veriliş dostların xahişi və etimadı ilə mənə həvalə edilib. Həftədə bir gün "LAF TV"nin işini axsatmamaq şərtilə bu proqramda aparıcılıq edəcəm..." deyə bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.