
Bu il avqustun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 781,1 min nəfər təşkil edib.
BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.
Muzdla çalışanların 836,9 min nəfəri dövlət sektorunda, 944,2 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib. Dövlət sektorunda çalışanların sayı 2,5 faiz azaldığı halda, qeyri-dövlət sektorunda 3,7 faiz artım qeydə alınıb.
İşçilərin ən böyük hissəsi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışır. Bu sahənin payı 18,9 faizdir. Sonrakı yerlərdə təhsil (17,5 faiz), sənaye (13,9 faiz), səhiyyə və sosial xidmətlər (8,6 faiz), tikinti (6,8 faiz), dövlət idarəetməsi və müdafiə (6,1 faiz) qərarlaşıb.
Digər sahələr üzrə bölgüdə nəqliyyat və anbar təsərrüfatının payı 4,4 faiz, peşə, elmi və texniki fəaliyyətin 3,9 faiz, maliyyə və sığorta fəaliyyətinin 2,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın isə 2,3 faiz olduğu bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.