
Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində 20-ci yaşayış massivinə aparan Cavidan İbrahimli küçəsi dörd aydır nəqliyyatın hərəkəti üçün bağlıdır.
Yol bu ilin mart ayında ərazidə sürüşmə riskinin olduğu əsas gətirilərək beton maneələrlə bağlanıb. Lakin aylardır ərazidə hər hansı təmir və ya bərpa işləri aparılmır.
Yolun bağlı olması 20-ci yaşayış massivinə gedib-gələn sakinlərin hərəkətini çətinləşdirir. Xüsusilə avtobus sərnişinləri yolun qarşısında düşərək məsafəni piyada getməli olurlar.
Qeyd edək ki, Baku TV iyul ayında da ərazidəki vəziyyəti işıqlandırıb. Həmin vaxt aidiyyəti qurumlardan bildirilib ki, ərazidə araşdırma aparılacaq, işçi qrupu yaradılacaq və layihələndirmə işlərindən sonra müvafiq tədbirlər görüləcək. Lakin sakinlərin sözlərinə görə, o vaxtdan ötən müddətdə də problemin həlli istiqamətində iş görülməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.