
Bakı şəhəri, Nərimanov rayon sakinləri suyun verilişində fasilələrin olmasından şikayətçidirlər.
AVESTA.AZ xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, Əliyar Əliyev küçəsi, 14 ünvanında su ilə təchiz olunmada problem yaşayırlar.
Onların sözlərinə görə, aidiyyəti üzrə müraciət etsələr də, problemin həlli istiqamətində hər hansı iş görülməyib.
Məsələ ilə bağlı ADSEA-dan bildirilib ki, ərazidəki yaşayış binasına baxış keçirilib:
"Suyun gəlməməsinə səbəb ola biləcək məqamlar araşdırılır, xətlər yoxlanılır. Müvafiq işlər görüləcək, problem aradan qaldırılacaq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.