Bu gün, 11:49 103

DTX rəisi Əli Nağıyev Çinə gedib

Çin Xalq Respublikasının (ÇXR) İctimai Təhlükəsizlik Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ÇXR-in Ciansu əyalətinin Lianyunqan şəhərinə səfər edib.

AVESTA.AZ xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti müxtəlif ölkə və beynəlxalq təşkilatları təmsil edən yüksəkvəzifəli şəxslərin qatıldığı V Qlobal İctimai Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda iştirak edib. Terrorçuluğa qarşı mübarizə, beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu tədbirdə "Qlobal Terrorçuluqla Mübarizə üzrə 2026-cı il Fəaliyyət Planı" adlı yekun sənəd qəbul edilib.

Forum çərçivəsində DTX rəisi general-polkovnik Əli Nağıyev Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ictimai təhlükəsizlik naziri Van Syaoxunla görüşüb.

General-polkovnik Əli Nağıyev dəvətə görə minnətdarlığını bildirib, Tibetdə baş vermiş və Çinlə yanaşı, digər ölkələrin vətəndaşlarının da həlak olması ilə nəticələnmiş fəlakətlə əlaqədar dost Çin xalqına və həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verib. O, Azərbaycan xalqının bu ağır itkilərlə bağlı Çin xalqının kədərini bölüşdüyünü və zərərçəkənlərlə həmrəy olduğunu vurğulayıb.

Görüşdə dünyada təhlükəsizliklə bağlı mövcud vəziyyət və müasir təhdidlərin xarakteri ətrafında fikir mübadiləsi aparılıb, iki qurum arasında münasibətlərin hazırkı səviyyəsi yüksək qiymətləndirilib və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Beynəlxalq vəziyyətin mürəkkəbləşdiyi, ayrı-ayrı regionlarda hərbi münaqişələrin davam etdiyi və qlobal iqtisadiyyat üçün əlavə risklərin yarandığı bir dövrdə artan təhdidlərə qarşılıqlı etimad və hörmət, eləcə də operativ informasiya mübadiləsi əsasında birgə mübarizənin vacibliyi qeyd olunub. Azərbaycan ilə Çin arasında münasibətlərin strateji xarakter daşıdığı, suverenliyə hörmət və qarşılıqlı dəstək prinsiplərinə əsaslandığı diqqətə çatdırılıb.

Tərəflər dövlət başçıları arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə töhfə verilməsi, terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və telekommunikasiya sistemlərindən istifadə edilməklə törədilən dələduzluq hallarına qarşı mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, habelə hüquq mühafizə və təhlükəsizlik orqanları arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı niyyətlərini ifadə ediblər.

Görüşün sonunda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

DTX rəisi Əli Nağıyev Çinə gedib

Paylaş

Xəbər lenti

QMİ sədri: Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir Bu gün, 11:50 İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib Bu gün, 11:50 9 Avropa ölkəsi hava limanlarındakı xaosdan sonra yeni sistemi təxirə saldı Bu gün, 11:50 Əməkdar artist Yaqub Zurufçunun vəfatından 5 il ötür Bu gün, 11:50 İranın Baş prokuroru humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib Bu gün, 11:49 Rusiya Dövlət Dumasından NATO ilə bağlı ittihamlara cavab: "Bu, isterika və təxribatdır" Bu gün, 11:49 DTX rəisi Əli Nağıyev Çinə gedib Bu gün, 11:49 TDT Müsəlman dini liderlərinin Bakı Bəyannaməsi qəbul edilib Bu gün, 11:49 TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər Bu gün, 11:48 Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir Bu gün, 11:48 Dilarədən YENİ FOTOSESSİYA - "Azərbaycanın Türkan Şorayı"nı çəkirik Bu gün, 11:48 "Bakı Metropoliteni"ndə hərəkət interval üzrə bərpa olunub Bu gün, 10:48 TDT-nin Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək Bu gün, 10:48 TDT Müsəlman dini liderlərinin Bakı Bəyannaməsi qəbul ediləcək Bu gün, 10:48 Fuad Əliyevə vəzifə verildi Bu gün, 10:48 Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət siqnalı verildi Bu gün, 10:48 Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb Bu gün, 10:48 Kıvanç Tatlıtuğun işçisi damdan yıxıldı - Aktyor barədə istintaq başladıldı Bu gün, 10:48 Veteran polkovnik vəfat etdi - FOTO Bu gün, 10:48 "Bakı Metropoliteni"ndə hərəkət interval bərpa olunub Bu gün, 09:48 Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb Bu gün, 09:48 Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir Bu gün, 09:48 Yol polisi yeni tədris ilinin başlanılması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib Bu gün, 09:48 Allahşükür Paşazadə: Türk xalqları xoş və çətin anlarda əsl qardaşlıq nümunəsi göstərirlər Bu gün, 09:48 Çandra 6 qalaktikada 84 sirli rentgen mənbəyi aşkarlayıb Bu gün, 00:48 Revolut müştərilərinin məlumatları dələduzların əlinə keçib Dünən, 23:48 Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər Dünən, 23:48 Sentyabrda yeni münasibət yaşayacaq BÜRCLƏR Dünən, 23:48 Su 3,1 milyard il əvvəl vulkan püskürmələrinə səbəb olub Dünən, 22:48 İraq İranla sərhəddə 3 keçidi yenidən açır Dünən, 22:48 Həkim çörəyin ən zərərli növünü açıqladı Dünən, 22:48 5G problemi kənd sakinlərini qəzəbləndirdi: Texniki işçini qülləyə bağladılar Dünən, 21:48 Yalçın Rəfiyev iqlim fəaliyyətini irəli aparmaqdan bəhs edib Dünən, 21:48 Azərbaycanın "Elit polo club" komandası "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi olub Dünən, 21:48 İçkidən sonra yaddaşınız silinirsə, səbəbi budur Dünən, 21:48 "Sea Breeze 2026" beynəlxalq turnirinin mükafatlandırma mərasimi keçirilib Dünən, 20:48 Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə: Dolğularla bağlı mühüm xəbərdarlıq Dünən, 20:48 Kimi Antonelli İspaniya Qran-prisinin qalibi oldu Dünən, 20:48 Göz ətrafındakı sarı ləkələr infarkt riskini 3 dəfə artırır Dünən, 20:48 Boris Conson və Aİ rəsmiləri Ukraynada dron hücumunun hədəfinə yaxın olublar Dünən, 19:48 "Turan Tovuz" və "Araz-Naxçıvan"dan 4 qolluq heç-heçə Dünən, 19:48 ### Çoxuşaqlı ailə meyarı dəyişdirilə bilər: 3 uşaqlı ailələrə də güzəşt təklifi Dünən, 19:48 Azərbaycanda 3 600 il əvvələ aid döyüşçü məzarında nadir diorit toppuz başlığı və silahlar aşkarlanıb Dünən, 19:48 Vergi xidmətinin əməkdaşı vəfat etdi Dünən, 18:48 Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır Dünən, 18:48 Bu küçədə təmir işləri həyata keçiriləcək Dünən, 18:48 Türkiyədə Cənubi Amerikadan gələn gəmidə 350 kq kokain aşkarlandı Dünən, 18:48 Türkiyənin tanınmış tekstil şirkəti 73 ildən sonra fəaliyyətini dayandırdı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR