
Bu gün Azərbaycanda bilik günüdür.
BAKU.WS olaraq Bakının Nərimanov rayonu ərazisində yerləşən "Ankara Məktəbi" məktəb-liseyində olduq.
Məktəbin direktoru Arzu Süleymanova BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu il 205 şagird birinci sinifə qəbul olunub. Direktor ötən tədris ilinin isə onlar üçün uğurlu olduğunu xüsusi vurğuladı: "121 məzunumuz oldu. Məzunlarımızın 96 faizi ali məktəblərə qəbul olunub"
Bu tədris ilində 205 şagird birinci sinifə qəbul olunub. 121 məzun Ankara məktəbi-məktəb liseyi məzunu olub. 96 faiz məzun ali məktəblərə qəbul olunub.
Qeyd edək ki, təhsil müəssisəsi yeni təmir olunub. Təhsil zamanı ingilis dilinə xüsusi üstünlük verilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.