Bu gün, 17:48 67

Xankəndi bu Avropa şəhəri ilə qardaşlaşdı

Azərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Rumıniyanın Baia Mare şəhəri oldu.

BAKU.WS xəbər verir ki, sentyabrın 17-də Rumıniyanın Baia Mare şəhərinin meri loan Doru Denkuş və Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşmış şəhərlər sazişinin imzalanması haqqında niyyət protokoluna qol çəkiblər.

Tədbir Baia Mare Şəhəri Günündə baş tutub. Tədbirdə Azərbaycan ilə parlamentlərarası münasibətlərin inkişafına böyük töhfə verən Rumıniya Senatının Rumıniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, Maramureş vilayətinin senatoru Kristian-Auvqustin Nikulesku-Tsıqırlaş, Maramureş vilayətinin Vəkillər Kolleqiyasının sədri Florin Antrekut, Baia Mare şəhərinin merinin müavini İonut Pırvu və Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iştirak ediblər. Baia Mare şəhərinin meri Ioan Doru Denkuș çıxışında bildirib ki, bu təşəbbüs hər iki şəhər arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə imkan yaradacaq. Onun sözlərinə görə, təşəbbüs çərçivəsində yeni iqtisadi və investisiya imkanlarının təşviqi, biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, yerli administrasiyalar arasında birgə layihələrin həyata keçirilməsi, eləcə də mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, o niyyət protokolunun Baia Mare Şəhəri Günündə imzalanmasının xüsusi rəmzi məna daşıdığını bildirib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxışında Xankəndinin qardaşlıq prosedurunun Avropada ilk olaraq Rumıniyanın Baia Mare şəhəri ilə başlanmasının təsadüf olmadığını qeyd edib. O, Azərbaycan ilə Rumıniya arasında dərin köklərə söykənən dostluq, tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətlərinin olduğunu, Rumıniyanın Azərbaycanın müstəqilliyini Avropada tanıyan ilk ölkə olduğunu vurğulayıb. Elçin Yusubov, həmçinin Qarabağın paytaxt şəhəri olan Xankəndi üçün bu təşəbbüsün Avropa şəhərləri ilə yeni əməkdaşlıq imkanları açdığını qeyd edib. O, Azərbaycanın Xankəndi şəhərinin 30 il sürən işğaldan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə - dirçəliş, quruculuq və beynəlxalq əməkdaşlıq mərhələsinə qədəm qoymasınının böyük əhəmiyyətini vurğulayıb.

Rumıniya Senatının Rumıniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, Maramureş vilayətinin senatoru Kristian-Auvqustin Nikulesku-Tsıqırlaş parlamentlərarası dialoq çərçivəsində başlayan əməkdaşlığın regionlararası əməkdaşlığa çevrilməsini və iki ölkənin regionları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsini vacib hesab etdiyini bildirib. O, cəmi bir neçə ay əvvəl 4-cü Şuşa Qlobal Media Forumunda iştirak etdiyini, forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevlə dialoqda iştirak edib, ona Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında institusional dialoqun yenidən canlandırılması perspektivləri ilə bağlı sual ünvanladığını qeyd edib. Qarabağa səfər çərçivəsində həmçinin xüsusi nümayəndə Elçin Yusubov ilə görüş keçirdiyini xatırlayan senator, bu əməkdaşlığın nəticəsi olaraq, Qarabağ və Maramureş regionlarının bir-birinə yaxınlaşdığını, hər iki bölgə üçün yeni imkanlar yaradıldığını vurğulayıb.

Səfir Qüdsi Osmanov çıxışında Azərbaycan ilə Rumıniya arasında mövcud olan münasibətlər, xüsusən regionlararası əlaqələrin inkişafına yönəldilmiş nəzərdə tutulan birgə layihələr barədə danışıb. O, Azərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhərinin Rumıniyanın Baia Mare şəhərinin olmasını yüksək dəyərləndirərək, bunu Maramureş ilə Azərbaycan arasında konkret layihələrin, real imkanların və davamlı münasibətlərin başlanğıcı adlandırıb.

Tədbir yerli mediada geniş işıqlandırılıb.

Paylaş

Xəbər lenti

Xankəndi bu Avropa şəhəri ilə qardaşlaşdı Bu gün, 17:48 Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub Bu gün, 17:48 "Sumqayıt"ın futbolçusu Nihat Ağalı hakimi təhqir etdiyi üçün cəzalandırılıb Bu gün, 17:48 Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılır Bu gün, 17:48 Uyğunsuzluq aşkarlan yağ istehsal olunduğu ölkəyə qaytarıldı Bu gün, 17:48 Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir Bu gün, 17:48 Bacısı ilə mübahisə edən qardaş bıçaqlandı, bacıoğlu saxlanıldı Bu gün, 17:48 Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib Bu gün, 17:48 İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışını edib Bu gün, 16:48 "Norm" ASC 2025-ci ildə rekord gəlir əldə edib Bu gün, 16:48 Famil Mustafayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 16:48 Metroda xətlər ayrıldı, ADY alternativ marşrut təklif etdi: Cəmi 11 dəqiqəyə çatacaqsınız Bu gün, 16:48 Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək Bu gün, 16:48 İlham Əliyev: Kasım-Jomart Tokayevi gələn ay Azərbaycanda gözləyirik Bu gün, 16:48 Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək Bu gün, 16:48 İlham Əliyev: Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil Bu gün, 16:48 Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq Bu gün, 16:48 İlham Əliyev Şamaxıda "Pirqulu Park" hotelinin açılışını edib Bu gün, 16:48 Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib Bu gün, 16:48 Piyada keçidində qəza - Dörd nəfər ölümdən son anda xilas olub - ANBAAN VİDEO Bu gün, 15:48 Tibb müəssisələrində pasiyentlərin təhlükəsizliyi necə qorunur? – TƏBİB-dən açıqlama Bu gün, 15:48 Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub Bu gün, 15:48 Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb Bu gün, 15:48 Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu Bu gün, 15:48 ADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..." Bu gün, 15:48 Kəmaləddin Heydərov könüllülərin sertifikatlarla təltifetmə mərasimində iştirak edib Bu gün, 15:48 Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır Bu gün, 14:48 İnsan həyatı üçün təhlükə saçan mallar dövriyyədən çıxarılacaq - Yeni qaydalar Bu gün, 14:48 Prezident: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik Bu gün, 14:48 İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq Bu gün, 14:48 Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib Bu gün, 14:48 İrakli Kobaxidze Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb Bu gün, 14:48 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq Bu gün, 14:48 Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək Bu gün, 14:48 Şoyqu: Moskva və Bakı ikitərəfli münasibətlərdəki böhranı aradan qaldırıb Bu gün, 14:48 Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub Bu gün, 14:48 İcma: Ermənistan hakimiyyəti cəmiyyəti sülhə hazırlamaq əvəzinə, qəbuledilməz bəyanatlar verir Bu gün, 14:48 Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub Bu gün, 14:48 Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib Bu gün, 13:48 Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub Bu gün, 13:48 Sabah Bakıda 29° isti olacaq Bu gün, 13:48 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər Bu gün, 13:48 Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər Bu gün, 13:48 Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır" Bu gün, 13:48 Bu ilin 8 ayında Azərbaycanda qeydiyyata alınmış işsizlər 247,7 min nəfər olub Bu gün, 13:48 Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür Bu gün, 13:48 Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir Bu gün, 13:48 İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR