
Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Xankəndi şəhərində Xankəndi, Şuşa, Xocalı və Ağdərə sakinlərini qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Vətəndaş qəbulu zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, işlə təminolunma və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.
Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.