Bu gün, 10:48 70

Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq

Formula 1 Azərbaycan Qran-Prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq.

Bakı Şəhər Halqasından BAKU.WS-ə verilən məlumata görə, həmçinin, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olunacaq.

Yarışla əlaqədar müəyyən ərazilərdə nəqliyyat məhdudiyyətləri də tətbiq olunacaq.

İlkin məhdudiyyət 19 sentyabr saat 21:00-dan etibarən qüvvəyə minəcəkdir. Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq ediləcək. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.

Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər 20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Məhdudiyyət tətbiq olunan zonalara giriş-çıxış yalnız "Yaşayış Yerinə Giriş İcazəsi" ilə mümkün olacaq.

Bununla yanaşı, son üç ilin təcrübəsinə əsasən, şəhər sakinlərinin və sürücülərin rahatlığı üçün yarış müddətində bəzi əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq.

Belə ki, 21 və 22 sentyabr tarixlərində aşağıda sadalanan giriş-çıxış nöqtələri səhər 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək dayanma və durma olmadan nəqliyyatın hərəkəti üçün sərbəst olacaq.

23 sentyabrda isə qeyd olunan yollar səhər 07:00-dan 09:00-dək, axşam 20:00-dan 22:00-dək nəqliyyatın hərəkəti üçün açıq olacaq.

Giriş nöqtələri:

Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;

M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;

S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində;

Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində;

Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində;

Ü. Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində.

Çıxış nöqtələri:

Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində;

İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;

Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şossesi istiqamətində.

Qeyd olunan müddətdə ictimai nəqliyyat və ağır tonnajlı yük avtomobilləri istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkəti müəyyən edilmiş tranzit dəhlizləri vasitəsilə təmin olunacaq.

Tranzit dəhlizləri açıq olduğu müddətdə, fövqəladə hallar istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına, sərnişinlərin minməsi və enməsinə icazə verilməyəcək. Tranzit dəhlizlərində sürət həddi 50 km/saat olacaq.

Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi bu il 24-26 sentyabr tarixlərdə keçiriləcək.

Paylaş

Xəbər lenti

Azərbaycanın ilk sərhəd qoşunları komandanı İsgəndər Allahverdiyev vəfat edib Bu gün, 10:48 Röya Ayxandan YENİ FOTOSESSİYA Bu gün, 10:48 Bu gün Milli Musiqi Günüdür Bu gün, 10:48 "Aşk-ı Memnu"nun aktrisası vəfat etdi Bu gün, 10:48 Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq Bu gün, 10:48 "Şamaxinka"da qorxunc qəza: Avtomobil yararsız hala düşdü, yaralılar var Bu gün, 10:48 Bakıda yoldakı qoşa xətti qırıq-qırıq etdilər - ANBAAN VİDEO Bu gün, 10:48 DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirib, 10 nəfər saxlanılıb Bu gün, 10:48 Məleykə Abbaszadənin "qohumu"ndan şok dələduzluq - Taksi sürücüsü insanları necə tora salıb? Bu gün, 10:48 "Azərbaycan Dəmir Yolları" Çindən 7 lokomotiv alıb Bu gün, 10:48 Bakıda 18 istiqamətdə tıxac yaranıb Bu gün, 09:48 Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 09:48 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İsveç və İsveçrəni sınağa çəkəcək Bu gün, 09:48 Həbs edilən qadının Lopezə bənzərliyi müzakirələrə səbəb oldu Bu gün, 09:48 Dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasından 141 il ötür Bu gün, 09:48 Misli Premyer Liqasında VI tura start verilir: "Neftçi" 1000-ci oyununa çıxır Bu gün, 09:48 EBRD Azərbaycandakı layihələr portfelini yeniləyib Bu gün, 09:48 Aras Bulut İynemli, Sefo və Melis Sezen daxil olmaqla çox sayda məşhur saxlanıldı Bu gün, 09:48 Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı Bu gün, 00:48 Tramp İranla müharibədə "dönüş nöqtəsi" elan etdi: Yeni hücum qərarı veriləcək Dünən, 23:48 Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqları başa çatıb Dünən, 23:48 Suraxanıda sakinlərin həyatı cəhənnəmə dönüb: Qorxu içindədirlər Dünən, 23:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Şamaxıya səfəri ilə bağlı paylaşım olunub Dünən, 22:48 Erməni feyk yaradıcılığı - San-Ladzaro-delyi-Armeni adasından Qarabağın Gəncəsərinədək Dünən, 22:48 Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq Dünən, 22:48 Məşhur azərbaycanəsilli müğənni JONY adını və soyadını dəyişdi Dünən, 22:48 Olimpiya mükafatçısı Sergey Jelanov Azərbaycan millisində məşqçi oldu Dünən, 21:48 Cəlilabadda əhalinin su ilə təminatında müvəqqəti fasilə yaranacaq Dünən, 21:48 "Evsiz-eşiksiz qaldım" - Məhkəmənin qərarı niyə icra olunmur? Dünən, 21:48 "Barselona"nın qapıçısı zədələndi: 3 həftə oynamayacaq Dünən, 21:48 Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi Dünən, 21:48 Xocavənddə yeni tarixi abidə aşkar edildi Dünən, 21:48 Hövsanda mərasim zalının sökülməsi ilə bağlı rəsmi açıqlama Dünən, 20:48 DTX rəisi: Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlbi ciddi təhdiddir Dünən, 20:48 Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü Dünən, 20:48 Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti qələbələrini qazandılar Dünən, 20:48 Alyaska sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alındı Dünən, 20:48 Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib Dünən, 20:48 NASA Ayda 222 metrlik yeni krater aşkarladı – Son dövrlərin ən böyük toqquşması Dünən, 19:48 Azərbaycan TDT çərçivəsində əməkdaşlığın inkişafında etibarlı platformaya çevrilib - RƏY Dünən, 19:48 DGK beş milyon vergi borcu olan şirkətlə tender müqaviləsi imzaladı Dünən, 19:48 Əşrəf Əşrəfliyə hökm oxundu Dünən, 19:48 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi Dünən, 19:48 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib Dünən, 19:48 Ucarda ev yanıb kül oldu Dünən, 18:48 Qayınata gəlininin qətlində təqsirləndirilir Dünən, 18:48 Ağdamda toyda dava: Xəsarət alan var Dünən, 18:48 5 ölkə Xəzərin su bioresursları üzrə vahid məlumat bazası yarada bilər Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR