Bu gün, 15:48 70

Şəbnəm Həsənova:

Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş, Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərinin silahlı hücuma məruz qaldığı təqdirdə özünümüdafiə hüququnu tənzimləyən müddəadan yararlanaraq Ermənistanın təxribatlarına cavab verdi və 44 günlük Vətən müharibəsi boyu öz torpaqlarını işğaldan azad etdi.

Bu sözləri BAKU.WS-ə açıqlaqmasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

O, bildirib ki, üçtərəfli bəyanat imzalandıqdan sonra belə baxmayaraq ki, Azərbaycan Zəfər çalan tərəf idi humanist mövqe ortaya qoyaraq ermənilərin bölgədən çıxması üçün şərait yaratdı. Lakin Ermənistan yenə də öz xislətindən əl çəkməyərək Azərbaycanın flora və faunasına ciddi şəkildə zərər verdi:

"Azərbaycanın mədəni irsinin, tarixi izlərinin regiondan silinməsi istiqamətində Ermənistan məqsədyönlü addımlar atdı. 65 məscidin tamamilə məhv edilməsi Ermənistanın aqressiv siyasətindən xəbər verir. Ermənistan İslam aləmini təhqir etməkdən də çəkinmədi.

Bu istiqamətdə cənab Prezident İlham Əliyev Türk dünyası ilə İslam dünyası arasında həmrəyliyin önəminə hər zaman diqqət çəkərək, bu məsələdə yalnız Azərbaycanın deyil, bu kimi terror aktları zamanı haqsızlığa məruz qalmış digər aktorların da yanında olmağın vacibliyini dilə gətirmişdir".

Ekspert deyir ki, Ermənistan əgər həmin torpaqlarda əbədi qalacağına əmin olsaydı, bölgəni bu şəkildə tamamilə məhv etməzdi. Lakin Ermənistan çox aydın dərk edirdi ki, Azərbaycan Liderinin rəhbərliyi altında Azərbaycan xalqı öz torpaqlarına dönmək istiqamətində bir an belə şübhəyə qapılmadı. Azərbaycan xalqının cənab Prezident İlham Əliyevə göstərmiş olduğu etimadı doğruldan dövlət başçısının rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi:

"İkinci Qarabağ müharibəsi çərçivəsində Azərbaycan sadəcə hərb meydanında qələbə qazanmadı. Diplomatik masada və informasiya müharibəsində də Azərbaycan zəfər çaldı. Bütün beynəlxalq təşkilatlarda və beynəlxalq toplantılarda Azərbaycan Lideri Ermənistanın əməllərini ifşa etdi".

Politoloqun sözlərinə görə, artıq Cənubi Qafqazda elə bir reallıq yaratmışıq ki, regionun imicini tamamilə dəyişmişik. Bu gün bölgəyə investisiya axınının gücləndiyinin şahidiyik:

"Bu istiqamətdə Ermənistan da artıq müharibə və münaqişənin davamlı olmayacağını dərk edərək, bölgədə müxtəlif layihələrin reallaşdırılmasında maraqlı olduğunu göstərir. Lakin təəssüflər olsun ki, son zamanlarda yenə də Ermənistan hakimiyyətinin ikibaşlı addımlar atdığının şahidiyik. Bu istiqamətdə bizim qarşımızda yeganə bir yol və seçim var o da hərtərəfli şəkildə güclü olmaq. Məhz buna görədir ki, Azərbaycan Lideri cənab İlham Əliyev istər ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlər çərçivəsində, istərsə də beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycanın nüfuzunun artırılması istiqamətində məqsədyönlü iş aparır".

Ş. Həsənova bildirib ki, bu gün Azərbaycan "orta güc" səviyyəsinə çatmış ölkədir. Bu istiqamətdə Ermənistanın yeganə yolu Azərbaycanla anlaşma şəraitində yaşamasıdır:

"Azərbaycanın torpaqlarına qarşı iddianı açıq şəkildə əks etdirən Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Yalnız bu halda iki dövlət və iki xalq arasında sülhün təmin edilməsi mümkün olacaq. Cənab Prezident İlham Əliyevin ideoloji baxımdan cəmiyyəti hər zaman möhkəm əsaslar üzərində dayanmağa çağırması fonunda biz heç zaman Xocalı soyqırımını və xalqımıza qarşı törədilmiş əməlləri, təcavüz aktlarını unutmamalıyıq. Eyni zamanda, bu tarixi həqiqətləri gələcək nəsillərə dəqiq şəkildə çatdırmaq istiqamətində ardıcıl addımlar atmalıyıq. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək istiqamətində məqsədyönlü şəkildə iradəsini ortaya qoydu. Hətta münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun ləğv edilməsi istiqamətində də Azərbaycan dövləti qətiyyət nümayiş etdirdi. Çünki bu təsisatın əsas məqsədi işğalı uzatmaq və onu faktiki olaraq əbədiləşdirmək idi. Azərbaycan bu təsisatın etməli olduğu işi öz gücünə və siyasi iradəsinə əsaslanaraq həll etdi. Azərbaycan münaqişənin sülh yolu ilə həlli istiqamətində illər ərzində fəaliyyət göstərsə də, biz nə Ermənistandan, nə də prosesə daxil olan və daxil olmaq istəyən qüvvələrdən adekvat addımların şahidi olduq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini öz gücünə icra etdi".

Ekspert qeyd edib ki, Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələrkən danışıqları sıfırdan başlamaq mövqeyindən çıxış etdi. Məhz həmin ritorika qırılma nöqtəsi oldu. "Qarabağ Ermənistandır və nöqtə" fikri "Qarabağ Azərbaycandır və nida işarəsi" ilə susduruldu:

"Azərbaycan Lideri nümayiş etdirdi ki, heç bir halda xalqımız və liderimiz işğalla barışmayacaq. "Yeni müharibə, yeni ərazilər" formulu üzərindən xətt çəkdik, keçilməz hesab edilən sərhədləri aşdıq. Tovuz döyüşlərindən sonra Azərbaycana irəli sürülən yeddi qəbuledilməz şərtin də üzərindən xətt çəkdik. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi oldu. "Fərrux" və "Qisas" əməliyyatları düşməni diz çökdürməyə məcbur etdi. Hətta Vətən müharibəsindən sonra belə, Nikol Paşinyanın hakimiyyəti qondarma rejimə maliyyə resursları göndərirdi. Hər cür dəstək verilirdi. Kriminal oliqarx Ruben Vardanyanın Qarabağa gəlişi də razılaşdırılmamış məsələ deyildi. Azərbaycan yenə də erməni sakinlərinin Azərbaycana reinteqrasiyasına çalışırdı. Buna da mane olmağa çalışdılar. Bunun qarşısında müxtəlif sədlər hördülər".

Şəbnəm Həsənovanın fikrincə, 2022-ci ildə Praqa razılaşmasından sonra belə, Nikol Paşinyan Şarl Mişelə qondarma təsisatın məktublarını təqdim edirdi. Separatçılara şərait yaradılırdı. Nəhayət, 2023-cü ilin yayında guya Qarabağda aclıq olduğu, humanitar fəaliyyətə hökumətin mane olduğu kimi saxta kampaniyalara əl atdılar:

"Məhz Müzəffər Ali Baş Komandanımızın qəyiyyətli siyasətinin nəticəsi olaraq 2023-cü il sentyabrın 19-da həyata keçirilən antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edildi. Bundan sonra real sülh danışıqlarına başlanıldı və 2025-ci il avqustun 18-də Vaşinqtonda sülh sazişinin paraflanması tarixi addım oldu. İşğal dövründə ermənilər ərazilərimizdə urbosid, ekosid və kulturosid törədiblər. Bu gün isə Böyük Qayıdış prosesi uğurla həyata keçirilir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm müharibənin, həm də sülhün qalibidir. Bu gün dövlət başçımızın uğurlu və uzaqgörən siyasəti nəticəsində güclü Azərbaycan dövləti fenomeni özünü bütün dünyada sübut edir. Biz tariximizin ən güclü mərhələsindəyik. İkinci Dünya müharibəsindən sonra Azərbaycan kimi mütləq qələbə qazanan başqa bir aktor olmayıb. Biz həm beynəlxalq hüququ bərpa etdik və onun aliliyini qəbul etdirdik, həm də ədaləti təmin etdik".

Paylaş

Xəbər lenti

Elçin Mirzəbəyli: "Minsk Qrupunun tarixə qovuşması Azərbaycanın hərbi qələbəsindən ayrı hadisə deyil" Bu gün, 15:48 Yeni Sumqayıtda satışlar başladı: 12 000 manat ilkin ödənişlə mənzil almaq mümkündür! Bu gün, 15:48 AK rəhbəri Qərbi Balkanlar üzrə tura çıxacaq Bu gün, 15:48 Laçında uşaqlar üçün tibbi müayinələr keçirilib Bu gün, 15:48 "Ermənistan həm də terroru, separatizmi dövlət siyasəti səviyyəsinə gətirən bir dövlət kimi tarixə keçib" Bu gün, 15:48 "Diaqnozumun heç bir əhəmiyyəti yoxdur...." - Xərçəng olan plastik cərrah Bu gün, 15:48 Şəbnəm Həsənova: "Müzəffər Ali Baş Komandan İlham Əliyev həm müharibənin, həm də sülhün qalibidir" Bu gün, 15:48 Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat Bu gün, 15:48 Fariz Cəfərov: "Energetika texnologiyaları sahəsində sınaq meydançalarının yaradılması vacibdir" Bu gün, 14:48 Tahir Rzayev: "Məhsul şəhadətnaməsi fermerlərin problemlərini azalda bilər" Bu gün, 14:48 Rəşad Ələkbərov: Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə hazırlanıb Bu gün, 14:48 Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub Bu gün, 14:48 Bakıda ata və qızının birlikdə kürəkəni öldürmək səbəbi bilindi Bu gün, 14:48 Azərbaycanın cüdo millisinin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub Bu gün, 14:48 Xankəndidə TDT dövlətlərinin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib Bu gün, 13:48 Sabah rayonlarda arabir yağış yağacaq Bu gün, 13:48 Rəşad İsmayılov Xankəndidə vətəndaşları qəbul edib Bu gün, 13:48 Kiçik və orta fermerlərə dəstək çağırışı - Deputatdan təklif Bu gün, 13:48 Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib Bu gün, 13:48 Azərbaycanın TDT hədəfi: qurum qlobal aktora çevrilir - ŞƏRH Bu gün, 13:48 Nigar Fərhad barədə qərar verildi - Şikayətçilər artır Bu gün, 12:48 İnam Kərimov Cənubi Koreyada Ali Məhkəmə sədrlərinin 20-ci Konfransında iştirak edib Bu gün, 12:48 Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi Bu gün, 12:48 Gəncədə Ramiz Mehdiyevin kürəkəninin özbaşınalığı: Milyonlarla manatı verilməyən qadın borc bataqlığına düşdü Bu gün, 12:48 "BakuBus" sürücülərindən Milli Musiqi Gününə özəl layihə: Depoda "İntizar" sədaları Bu gün, 12:48 "Qarabağ"ın prezidenti Tahir Gözəl bank rəhbəri oldu Bu gün, 12:48 Ayxan Abbasov Azərbaycan millisinin yoldaşlıq və Millətlər Liqası oyunları üçün heyətini açıqlayıb Bu gün, 12:48 Rusiyada kolbasadan zəhərlənmə nəticəsində üç nəfər ölüb, daha iki nəfər zərər çəkib Bu gün, 11:48 Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 11:48 Milli Məclis "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsini müzakirə edir Bu gün, 11:48 Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib Bu gün, 11:48 Yeniyetməni döyüb komaya saldılar - Süni tənəffüs aparatına qoşuldu Bu gün, 11:48 KOBİA: Sahibkarlara 20 mindən çox lisenziya verilib Bu gün, 11:48 Hava ilə bağlı vacib məlumat: Leysan, dolu ... Bu gün, 11:48 Azərbaycanın ilk sərhəd qoşunları komandanı İsgəndər Allahverdiyev vəfat edib Bu gün, 10:48 Röya Ayxandan YENİ FOTOSESSİYA Bu gün, 10:48 Bu gün Milli Musiqi Günüdür Bu gün, 10:48 "Aşk-ı Memnu"nun aktrisası vəfat etdi Bu gün, 10:48 Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq Bu gün, 10:48 "Şamaxinka"da qorxunc qəza: Avtomobil yararsız hala düşdü, yaralılar var Bu gün, 10:48 Bakıda yoldakı qoşa xətti qırıq-qırıq etdilər - ANBAAN VİDEO Bu gün, 10:48 DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirib, 10 nəfər saxlanılıb Bu gün, 10:48 Məleykə Abbaszadənin "qohumu"ndan şok dələduzluq - Taksi sürücüsü insanları necə tora salıb? Bu gün, 10:48 "Azərbaycan Dəmir Yolları" Çindən 7 lokomotiv alıb Bu gün, 10:48 Bakıda 18 istiqamətdə tıxac yaranıb Bu gün, 09:48 Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 09:48 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İsveç və İsveçrəni sınağa çəkəcək Bu gün, 09:48 Həbs edilən qadının Lopezə bənzərliyi müzakirələrə səbəb oldu Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR