
Müğənni Aynur Dadaşovaya ağır itki üz verib.
Avesta xəbər verir ki, sənətçinin atası İbrahim Dadaşov dünyasını dəyişib.
Bu haqda Dadaşova BAKU.WS-ə açıqlamasında bildirib:
"Həkimlərin bütün səyinə baxmayaraq bacımdan sonra da atamı itirdik".
Qeyd edək ki, sənətçinin 67 yaşlı atası bir müddət əvvəl insult keçirib.
Xatırladaq ki, Aynur Dadaşovanın kiçik bacısı Günel 2020-ci ilin oktyabrında xərçəng xəstəliyindən vəfat edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.