
Qusar rayonunda meşədə meyit tapılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 23-də saat 15 radələrində Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində baş verib. Orada Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Səadət Həsənovanın bıçaqla kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, sentyabrın 21-i Bakı şəhəri Xətai rayonunun ərazisində Əvəcuğ kənd sakini, əvvəllər məhkum olunmuş 1999-cu il təvəllüdlü Kamran Seyidov qısqanclıq zəminində tanışı S.Həsənovanı bıçaqla öldürüb. Daha sonra meyitini idarə etdiyi "Mercedes" markalı avtomobillə kəndin meşəlik ərazisinə gətirib.
K.Seyidov polis əməkdaşları tərəfindən tutulub.
Araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.