
Bakıda "JW Marriott Absheron Baku" hotelinin birinci mərtəbəsində vətəndaşlar və şəhərin qonaqları üçün "Azərbaycan Hava Yolları" QSC (AZAL) və ABŞ-nin "Boeing" şirkətinin birgə təşkilatçılığı ilə "Boeing 787 Dreamliner" uçuş simulyatoru nümayiş olunur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, nümayiş simulyatorundan sentyabrın 24-26-sı tarixlərində istifadə etmək mümkün olacaq.
Təqdim olunan "Boeing 787 Dreamliner" uçuş simulyatoru pilot kabinəsinin bütün elementlərini yüksək dəqiqliklə əks etdirir. Genişformatlı naviqasiya ekranları, şturval, idarəetmə qolları, pedallar və orijinal oturacaqlarla təchiz edilmiş simulyator real uçuş şəraitini maksimum dərəcədə imitasiya edir.
Proqram təminatı təyyarənin bütün uçuş sistemlərini tam şəkildə canlandırır və qonaqlara uçuşun bütün mərhələlərini - havaya qalxma, uçuş rejimi və enişi - sınaqdan keçirməyə imkan verir. Bu, həmçinin "Dreamliner"in innovativ texnologiyaları və yanacaq səmərəliliyi ilə yaxından tanış olmaq üçün unikal təcrübə yaradır.
"Boeing" şirkəti "787 Dreamliner" modelini ən uğurlu geniş gövdəli təyyarələrdən biri kimi təqdim edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.