
Astarada ölümlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Hamoşam kəndində qeydə alınıb. Kənd sakini, 1966-cı il təvəllüdlü sürücü Əlikram Ağayev torpaq yolda VAZ-2121-ə ("Niva") idarəetməni itirib, nəticədə avtomobil aşıb. Ə.Ağayev hadisə yerində ölüb.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.