Bu gün, 18:48 47

Rusiyada insanları silah gücünə kölə kimi işlədən dəstə ifşa olundu

Rusiyanın Ramenskoye şəhər dairəsi ərazisində polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində fərdi evdə qeyri-qanuni saxlanılaraq tikintilərdə zorla işlədilən altı kişi xilas olunub.

Faktla bağlı başlanmış cinayət işi çərçivəsində beş nəfər şübhəli bilinərək saxlanılıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu hadisə barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi rəhbərinin böyük köməkçisi Olqa Vradiy açıqlama verib.

O.Vradiy qeyd edib ki, şübhəlilərin qanunazidd əməlləri barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olduqdan sonra təşkil edilən yoxlama tədbirləri zamanı zərərçəkmiş şəxslər azad ediliblər.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər iyulun 10-dan 22-dək həmin kişiləri evdə zor tətbiqi ilə saxlayıblar. Zərərçəkmişlər tikinti işləri görməyə məcbur edilib, qazandıqları pul isə canilər tərəfindən mənimsənilib. Üstəlik, zərərçəkənlərə qarşı fiziki güc və silah istifadəsi barədə təhdidlər olunub.

Komitədən o da vurğulanıb ki, qruplaşma üzvləri öz qurbanlarını adətən dəmiryolu stansiyalarında və küçələrdə tapıblar. Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmi sözçüsü İrina Volk isə bildirib ki, saxlanılan şəxslər üçmərtəbəli bir villa kirayəyə götürüb və buranı qeyri-rəsmi "iş evi"nə çeviriblər.

İlkin məlumata əsasən, təşkilatçılar çətin həyat şəraitinə düşmüş şəxslərə, habelə xarici vətəndaşlara yemək və qalmağa yer vəd etməklə onları işə cəlb ediblər. Qurbanlar təkliflə razılaşdıqdan dərhal sonra onların şəxsiyyət vəsiqələri və mobil telefonları əllərindən alınıb.

DİN-in məlumatına görə, onlar silah və elektroşok cihazlarının hədəsi altında heç bir rəsmi sənədləşmə aparılmadan müxtəlif kommersiya obyektlərinə göndəriliblər. Onlara verilən maaşın olduqca az olduğu və ödənilən məbləğin böyük hissəsini isə sxemin təşkilatçılarının mənimsədiyi ehtimal edilir.

Girovluqda olan şəxslərdən biri evdən qaçaraq polisə müraciət etməyi bacarıb. DİN əməkdaşları "Rosqvardiya"nın dəstəyi ilə ehtimal olunan iki təşkilatçını, evi idarə edən iki nəfəri və insanları işə cəlb edən şəxsi saxlayıblar. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah tətbiq edilməklə qanunsuz azadlıqdan məhrumetmə maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə dörd şübhəli barəsində həbs qətimkan tədbirinin seçilməsinə, bir nəfərin isə ev dustaqlığına məhkum edilməsinə qərar verib. Hazırkı mərhələdə istintaq qrupu həbs edilənlərin Moskva ətrafında buna bənzər digər gizli "iş evləri" şəbəkələrinin yaradılmasında iştirak edib-etmədiyini araşdırır.

Paylaş

Xəbər lenti

Bakıda yeni tikili mənzillərin qiymətləri sentyabrda illik 14 %-dən çox artıb Bu gün, 19:48 MN-də 143 milyonluq mənimsəmə: Məhkəmə sabiq general və polkovniklərlə bağlı qərar verdi Bu gün, 19:48 "Fənərbağça"nın sabiq qapıçısı İlie Datku vəfat edib Bu gün, 19:48 Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 19:48 Bu rayonda yollar TƏMİR EDİLƏCƏK - Küçələrin adları Bu gün, 19:48 AAYDA: "Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır" Bu gün, 19:48 Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib Bu gün, 18:48 Alimlər bunu ilk dəfə bacardılar: Zədələnmiş göz toxuması bərpa edildi Bu gün, 18:48 Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır Bu gün, 18:48 Rusiyada insanları silah gücünə kölə kimi işlədən dəstə ifşa olundu Bu gün, 18:48 FHN bu ərazilərdə yeni xilasetmə məntəqələri tikdirəcək - SİYAHI Bu gün, 18:48 Qazaxıstanda 14 hərbçinin ölümü ilə bağlı araşdırmanın nəticələri açıqlandı Bu gün, 18:48 "Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək Bu gün, 17:48 Övladlığa götürülən uşaqlarla bağlı sosial işçi ilə görüş və təlimin müddəti qısaldılıb Bu gün, 17:48 XƏBƏRDARLIQ - Hava kəskin PİSLƏŞİR - Şimşək, dolu, qar... Bu gün, 17:48 Zəngilanda fəhlələr arasında kütləvi dava, xəsarət alan var Bu gün, 17:48 Bakıda mənzil QİYMƏTLƏRİNDƏ ŞOK ARTIM - Bu rayonlarda 20%-i keçdi Bu gün, 17:48 Arda Gülər Türk futbol tarixində yeni rekorda imza atıb Bu gün, 17:48 Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi Bu gün, 17:48 Şəhid yoldaşından duyğulandıran sözlər: "Güllə yağışı altında yaralıları xilas edirdi" Bu gün, 17:48 Avropada növbəti muzeyi soymaq istədilər Bu gün, 16:48 Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır Bu gün, 16:48 Pirallahı Sənaye Parkı üzrə ümumi investisiya portfeli açıqlanıb Bu gün, 16:48 Şəhidimizin adını daşıyan gəmi Qara dənizdə dronla vurulub, ölənlər var Bu gün, 16:48 Bakıda marşrut avtobusu belə aşdı - ANBAAN VİDEO Bu gün, 16:48 Taliban: Əfqanıstanda sülh bərqərar olub, ölkə dünya ticarətinin tranzit mərkəzinə çevrilə bilər Bu gün, 16:48 Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb Bu gün, 16:48 "Baldır Yar" 1 milyon izlənildi - Röyadan yeni rekord Bu gün, 16:48 İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir Bu gün, 16:48 Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir Bu gün, 16:48 Ben Afflek Şakira ilə münasibət iddialarını təkzib edib Bu gün, 15:48 Hansı rayonda yollar daha pisdir? - Ekspertdən TƏHLİL Bu gün, 15:48 FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirib Bu gün, 15:48 "Yeşilçam"ın məşhur aktyoru 90 yaşında vəfat etdi Bu gün, 15:48 Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib Bu gün, 15:48 Səudiyyədən neftlə bağlı ciddi xəbərdarlıq: Ehtiyatlar kritik həddə çatıb Bu gün, 15:48 Rüfət Axundov anasının "Müəllimlər Günü"nü təbrik etdi Bu gün, 15:48 Tennis məşqçilərinin akkreditasiya proqramının ikinci moduluna start verilib Bu gün, 15:48 Emin Hüseynov: "Ağdam, Əsgəran və Xocalıda 24 min hektar əkinəyararlı torpaq sahibkarları gözləyir" Bu gün, 14:48 Pulsuz hüquqi yardımla bağlı ödənişin meyarı müəyyənləşir Bu gün, 14:48 Emin və Roza duetinə Moskvada KLİP Bu gün, 14:48 Bakıda keçiriləcək ilk FIFA U-15 Dünya Çempionatına hazırlıq işləri yüksək səviyyədə davam edir Bu gün, 14:48 Nazirdən şad xəbər: Bu şəxslərə 20 min manatadək pul verilə bilər Bu gün, 14:48 Məcnun Məmmədov: "Cəbrayılda ilk istixana sənaye zonası qurulur" Bu gün, 14:48 Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var Bu gün, 14:48 Azercell yeni "Oyun Portalı"nı istifadəyə verir Bu gün, 13:48 İlham Əliyev Malayziyaya səfərə dəvət olunub Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR