
Xalq artisti, məşhur diktor Ofeliya Sənani ötən gün xəstəxanaya yerləşdirlib.
Bu barədə AVESTA.AZ-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd edilib ki, diktorun bud sümüyü sınıb və o ötən gün axşam saat 18:15 radələrində Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib:
"05.10.2026-cı il tarixində saat 18:15 radələrində 1941-ci il təvəllüdlü Ofeliya Sənani Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bud sümüyünün sınığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Sözügedən şəxs ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında 05.10.2026-cı il tarixində saat 21:00 radələrində digər tibb müəssisəsinə təxliyə olunub".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.