
Belarusun ən titullu klubu BATE tarixində ilk dəfə ölkə çempionatının yüksək liqasını tərk edib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Borisov klubu son turda "İsloç" ilə xalları bölüb (1:1) və 2026-cı il mövsümünü 15-ci yerdə bitirib.
BATE 5 qələbə, 10 heç-heçə və 15 məğlubiyyətlə əsas liqadan uzaqlaşıb.
Komanda tarixi ərzində 29 kubok qazanıb. 2006-2018-ci illərdə ardıcıl 13 çempionluq əldə edib və bu göstəriciyə görə ölkədə rekorda sahibdir (15).
Klub 6 dəfə ölkə kubokunu, 8 dəfə Belarus Super kubokunu qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.