
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına vəsiqə qazanıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, o, yarımfinalda finlandiyalı Martti Puumalayneni üstələyib.
U.Kokauri qızıl medal uğrunda yarışda İnal Tasoyevlə üz-üzə gələcək.
Kənan Nəsibov isə bürünc medal uğrunda görüşdə Azərbaycanın digər təmsilçisi Camal Qamzatxanovla üz-üzə gələcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
*** 14:46
Azərbaycan cüdoçusu Kənan Nəsibov Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatında bürünc medal uğrunda yarışacaq.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, o, təsəlliverici görüşdə Valeri Yendovitskini (Rusiya) üstələyib.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
*** 14:04
Azərbaycan cüdoçusu Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında 1/4 finala yükəlib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, o, 1/8 finalda Ukrayna təmsilçisi Yakiv Xammonu məğlub edib.
K.Nəsibov növbəti mərhələdə Azərbaycanın digər təmsilçisi Uşanqi Kokauri ilə üz-üzə gələcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
*** 13:26
Azərbaycan cüdoçusu Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, o, 1/16 finalda Losseni Koneni (Almaniya) məğlub edib.
K.Nəsibov 1/8 finalda Ukrayna təmsilçisi Yakiv Xammo ilə üz-üzə gələcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.