
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri yeddi medalla başa vurublar.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, medallardan birinin əyarı qızıl, ikisi gümüş, dördü isə bürünc olub.
Oktyabrın 4-də start verilən yarışın ilk günündə Əhməd Yusifov (60 kq) dünya çempionu adını qazanıb.
Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanıblar.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatına sabah qarışıq komanda yarışları ilə yekun vurulacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.