
Misli Premyer Liqasında VII turun son oyunları bu gün keçiriləcək. Tur çərçivəsində futbol azarkeşlərini iki maraqlı qarşılaşma gözləyir.
AVESTA.AZ xəbər verir ki, günün ilk matçında "İmişli" klubu Yevlax şəhər stadionunda "Qarabağ"ı qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq.
Günün ikinci qarşılaşmasında isə "Şəfa" və "Turan Tovuz" komandaları meydana çıxacaqlar. "SOCAR Polymer Arena"da baş tutacaq oyun saat 18:30-da start götürəcək.
Misli Premyer Liqası, VII tur
11 oktyabr
16:00 - "İmişli" - "Qarabağ"
18:30 - "Şəfa" - "Turan Tovuz"
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.