
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Mejdunov yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.