
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın tənqidlərindən sonra ölkədə seçkilərin keçirilməsinə hazır olduğunu açıqlayıb. O, bunun üçün 60 günlük tam atəşkəsin elan edilməsini vacib şərt kimi irəli sürüb.
AVESTA.AZ xəbər verir ki, Zelenski bu barədə "ABC News" telekanalına müsahibəsində danışıb.
Ukrayna lideri bildirib ki, ölkənin gələcək rəhbərini xalq seçməlidir. Onun sözlərinə görə, 60 günlük atəşkəs təmin olunarsa, seçkilərin təşkili mümkün olacaq.
Zelenski əlavə edib ki, hazırkı hakimiyyət xalqın seçiminə hörmətlə yanaşmağa hazırdır.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp Ukraynaya yeni prezident lazım olduğunu bildirərək Zelenskini tənqid etmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.