
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər.
BAKU.WS xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənbə və bazar günləri oyanma vaxtını adi günlərlə müqayisədə ən çoxu 1 saat 30 dəqiqə gecikdirmək məsləhətdir.
Mütəxəssis gün ərzində yuxululuq hissi yarandıqda səhər daha gec oyanmaq əvəzinə, qısa müddətlik yatmağı tövsiyə edib. Onun fikrincə, bu yanaşma yuxu rejiminin sabit qalmasına kömək edə bilər.
Cina Zarella səhər saatlarında hər gün 30 dəqiqə parlaq işıq altında olmağın da faydalı olduğunu vurğulayıb. Həkim qeyd edib ki, belə rejimə əməl edənlər ilk müsbət dəyişiklikləri və enerji artımını 2-4 həftə ərzində hiss edə bilərlər.
Onun sözlərinə görə, gündəlik rejimin 3-6 ay ərzində ardıcıl qorunması maddələr mübadiləsində nəzərəçarpan yaxşılaşmalara səbəb ola bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.