
Bakıda anasını bıçaqlamaqda təqsirləndirilən şəxs əsəb xəstəliyindən əziyyət çəkirmiş.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, 51 yaşlı Mehriban Abdullayevanı bıçaqlamaqda təqsirləndirilən K.Abdullayev uzun müddət əsəb xəstəsi imiş. Ona görə də ailənin böyük oğlu ailə qurub, onlardan ayrı yaşayırmış. K.Abdullayev isə ata və anası ilə birlikdə qalırmış.
Ailə başçısı Vahid Abdullayev restoranlardan birində gözətçi, hadisəni törətməkdə şübhəli bilinən K.Abdullayev isə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma departamentində fəhlə işləyirmiş. Ailə K.Abdullayevi bir neçə dəfə əsəb xəstəliyindən müalicə də etdirib.
Hadisə günü K.Abdullayev gecə saatlarında qəfil əsəbiləşib və özünü bıçaqlamaq istəyib. Bunu görən ana bıçağı ondan alaraq, oğlunu sakitləşdirməyə cəhd edib. Əsəblərinə hakim ola bilməyən K.Abdullayev anasını bıçaqlayıb.
***11:27
Bakıda anasını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində baş verib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1975-ci il təvəllüdlü Mehriban Abdullayevanı bıçaqlamaqda şübhəli bilinən oğlu K.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.