Dünən, 09:48 97

Mikayıl Cabbarov

"Xəzər İnşaat Həftəsi" çərçivəsində 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" – "Rebuild Karabakh" sərgisi işğaldan azad edilmiş ərazilərimizin yenidənqurulması istiqamətində görülən işləri və bölgədə yaradılan investisiya imkanlarını bir araya gətirən mühüm platformadır.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov sərginin iştirakçılarına müraciətində bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurda "ağıllı şəhər", "agıllı kənd" konsepti əsasında qurulan yaşayış massivləri, yeni nəqliyyat dəhlizləri, yaşıl enerji və sosial layihələr dövlətin bu ərazilərə strateji baxışının təzahürüdür.

"Ardıcıl və sistemli bərpa-quruculuq işləri sayəsində regionda dayanıqlı məskunlaşma və iqtisadi inkişaf üçün geniş imkanlar formalaşıb.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın təşviqi üçün tətbiq olunan vergi və gömrük azadolmaları, güzəştli kreditlər, kreditlərə zəmanət və subsidiya alətləri, hazır infrastrukturla təmin edilmiş sənaye parkları və digər imtiyazlar bölgədə əlverişli biznes mühiti yaradıb. İstehsal imkanlarının genişlənməsi bölgəni ölkənin qeyri-neft-qaz sektorunun yeni inkişaf mərkəzlərindən birinə çevirir. Dövlət başçısının imzaladığı fərmanlarla bu sahədə əlavə dəstək mexanizmləri yaradılıb, malların xarici bazarlara, o cümlədən yeni və alternativ istiqamətlərə daşınması xərclərinin əhəmiyyətli hissəsinin dövlət büdcəsi hesabına qarşılanması, ixracatçıların gömrük rəsmiləşdirilməsi xərclərinin kompensasiya olunması və digər mexanizmlər işğaldan azad edilmiş ərazilərdəki ixracatçıların da daxili və xarici bazarlarda mövqelərinin möhkəmlənməsinə töhfə verəcək", - deyə nazir qeyd edib.

M.Cabbarovun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, o cümlədən burada yerləşən Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarının rezidentlərinin sayının artması regionda sənaye potensialının sürətlə reallaşdığını göstərir.

"Bu layihələr yalnız daxili tələbatın qarşılanmasına deyil, eyni zamanda rəqabətqabiliyyətli məhsulların ixracına, yeni dəyər zəncirlərinin formalaşmasına imkan verir. Bu regionun zəngin təbii resursları, əlverişli coğrafi mövqeyi, enerji potensialı, nəqliyyat-logistika imkanları və turizm perspektivləri investorlar üçün geniş imkanlar təqdim edir. Bölgə zəngin geoloji ehtiyatlara malikdir və bir sıra yataqlarda artıq istismar prosesi başlayıb. Kənd təsərrüfatı, xüsusilə bağçılıq və heyvandarlıq sahələrində intensiv layihələr həyata keçirilir. Nəqliyyat-logistika sahəsi Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə əlavə əhəmiyyət qazanacaq. Bölgənin qədim tarixi, füsunkar təbiəti, zəngin mədəni abidələri və müalicəvi mineral su ehtiyatları isə turizm istiqamətində əlavə investisiya imkanları yaradır", - deyə o əlavə edib.

Nazir biznes nümayəndələrini bu imkanları dəyərləndirməyə, yeni layihələr həyata keçirməyə dəvət edib: "Əminik ki, "Rebuild Karabakh" sərgisi regionun iqtisadi potensialının biznes ictimaiyyətinə təqdim olunmasına, yeni investisiya təşəbbüslərinin və tərəfdaşlıqların yaranmasına, eləcə də regionun inkişafının sürətlənməsinə töhfə verəcək. Sərginin təşkilində əməyi olan bütün tərəfdaşlara təşəkkür edir, iştirakçılara və ziyarətçilərə uğurlar, səmərəli görüşlər və yeni əməkdaşlıq imkanları arzulayırıq".

Paylaş

Xəbər lenti

İstanbuldakı dağıdıcı seli proqnozlaşdıran mütəxəssis yenidən XƏBƏRDARLIQ ETDİ Bu gün, 11:48 İtaliya hərbçiləri Azərbaycana səfər edib Bu gün, 11:48 Navainin Kişineudakı konserti təxirə salınıb Bu gün, 11:48 Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib Bu gün, 11:48 Brilliant Dadaşovadan nənəsi ilə bağlı paylaşım: "Hicabsız azərbaycanlı qızlar..." Bu gün, 11:48 Gəncin kanalizasiyaya düşərək ölümü ilə bağlı təqsirləndirilən sahə rəisinin 5 il müddətə azadlıqdan məhrum edilməsi istənilib Bu gün, 11:48 "Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar? Bu gün, 11:48 Çempionlar Liqasında yeni rekord: Bir turda 78 qol vuruldu Bu gün, 11:48 Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir Bu gün, 11:48 Nəvai Qazaxıstanda iki aylıq həbs edilib Bu gün, 11:48 AQEM-in VII Zirvə görüşündə nələr müzakirə ediləcək? Bu gün, 11:48 Mourinyo Endrikin "Milan"a keçidinə mane oldu Bu gün, 10:48 Neftimiz 4 dollara yaxın ucuzlaşıb Bu gün, 10:48 Yelo Bank 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu Bu gün, 10:48 Dərnəgül dövrü BİTİR: Tikinti materialları ucuzlaşır? Bu gün, 10:48 Bu gün tanınmış akademik Xudu Məmmədovun anım günüdür Bu gün, 10:48 "İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər Bu gün, 10:48 Dünya bazarında qızıl və gümüş bahalaşdı Bu gün, 10:48 İstanbulu sel vurdu, yağış suları evlərə və mağazalara doldu - İki nəfər öldü Bu gün, 10:48 Türkiyədə 48 vilayətdə "sarı" və "narıncı" XƏBƏRDARLIQ Bu gün, 10:48 Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür Bu gün, 09:48 Ceyhun Bayramov çinli həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib Bu gün, 09:48 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib Bu gün, 09:48 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş Bu gün, 09:48 İnsan 150, hətta 500 il yaşaya bilərmi? - Alimlərdən cavab Bu gün, 09:48 Navainin saxlanılması ilə bağlı DETALLAR - Onu nə gözləyir? Bu gün, 09:48 Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq Bu gün, 08:48 Azərbaycan BMT-ni mina təhlükəsi və itkin düşmüş şəxslər məsələsini diqqətdə saxlamağa çağırıb Bu gün, 08:48 PSJ səfərdə "Mançester Siti"yə qalib gəldi Bu gün, 08:48 Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü Bu gün, 08:48 Hövsanda 10 nəfər məktəb mühafizəçisinə hücum etdi - Həbs olunanlar var Bu gün, 08:48 Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb Bu gün, 01:48 "Reuters": Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batıb Bu gün, 00:48 Küsülü olduğu bacısından danışan Hadise kövrəldi Bu gün, 00:48 İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür Bu gün, 00:48 "Neftçi"nin baş məşqçisi Konstantinos Vasiliadis: "Azərbaycanlı basketbolçularda istedad var" Dünən, 23:48 Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı Dünən, 23:48 İran sonsuz müharibə və nəticəsiz danışıqlar aparmaq niyyətində deyil Dünən, 23:48 Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video Dünən, 23:48 Britaniya Ukraynaya öz istehsalı olan HHM sistemlərinin tədarükünü sürətləndirəcək Dünən, 22:48 İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb Dünən, 22:48 Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib Dünən, 22:48 Hər gün telefon işlədənlərin NƏZƏRİNƏ - Boyun fəqərələri sıradan çıxır Dünən, 22:48 Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın! Dünən, 22:48 Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib Dünən, 22:48 "44" bədii filminin daha bir tizeri yayımlandı Dünən, 22:48 Qarabağın gələcək ulduzları necə yetişirlər? Dünən, 21:48 Qlobal bazarda ŞOK ENİŞ - İlin ən aşağı göstəricisi qeydə alındı Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR