
Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb.
Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb.
Nəticədə 10-a yaxın şəxs mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib.
Başından xəsarət alan mühafizəçinin şəhər xəstəxanalarından birinə çatdırıldığı və əməliyyat olunduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Əldə etdiyimiz məlumata görə, əməli törədən iki nəfər polis tərəfindən müəyyən olunaraq həbs edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.