Bu gün, 12:48 103

Elnur Əliyev: Sahibkarlar üçün dəstək mexanizmləri investisiya imkanlarını genişləndirməyə hesablanıb

Sahibkarlara göstərilən dövlət dəstəyinin əsas məqsədi investisiya imkanlarını artırmaq, biznesin inkişafına mane olan çətinlikləri aradan qaldırmaq və özəl sektorun iqtisadiyyatda rolunu gücləndirməkdir.

AVESTA.AZ xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən III Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əvvəlki illərdə sahibkarlıq mühitinə, bazar iştirakçılarının fəaliyyətinə və rəqabət sahəsində yaranan yeni çağırışlara dair müxtəlif müzakirələr aparılıb. Budəfəki forum isə mövcud məsələlərin daha geniş çərçivədə nəzərdən keçirilməsinə imkan yaradır.

E.Əliyev vurğulayıb ki, əsas məsələ qəbul edilən qərarların və planlaşdırılan tədbirlərin sahibkarların fəaliyyətində, eləcə də istehlakçıların gündəlik həyatında konkret nəticələrə səbəb olmasıdır.

Nazir müavini qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu iqtisadi inkişaf strategiyası və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar özəl sektorun böyüməsi üçün əlverişli şərait formalaşdırıb. Bununla belə, yaradılan imkanlardan səmərəli istifadə olunması qərarların praktikada necə icra edilməsindən asılıdır.

O bildirib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin ümumi daxili məhsulunun 70,3 faizi qeyri-neft-qaz sektorunun hesabına formalaşıb. 2021-2025-ci illər ərzində isə bu sahədə orta illik real artım təxminən 6 faiz olub.

Nazir müavininin açıqlamasına əsasən, cari ilin ilk doqquz ayında əsas kapitala yatırılan 14,7 milyard manat vəsaitin 9,8 milyard manatı qeyri-neft-qaz sektoruna yönəldilib. Eyni zamanda, qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı ilin əvvəlindən 36 min artaraq 1 milyon 67 minə yüksəlib. Bu göstərici ölkədəki bütün əmək müqavilələrinin 56,5 faizini təşkil edir.

E.Əliyev bildirib ki, sahibkarlıq fəaliyyəti üçün yaradılan şərait iqtisadi artıma və məşğulluğa birbaşa təsir göstərir. Onun sözlərinə görə, bazara daxil olmaq, maliyyə resurslarından yararlanmaq və infrastruktura qoşulmaqla bağlı çətinliklər investisiya qərarlarına və yeni iş yerlərinin açılmasına da təsirsiz ötüşmür.

Nazir müavini qeyri-neft-qaz ixracının davamlı artırılması üçün məhsuldarlığın yüksəldilməsini, istehsal və logistika xərclərinin aşağı salınmasını, eləcə də xarici bazarlarda yerli məhsulların mövqeyinin möhkəmləndirilməsini vacib sayıb. O qeyd edib ki, ölkə daxilində sağlam rəqabət mühitinin formalaşması müəssisələrin beynəlxalq bazarlarda daha rəqabətqabiliyyətli olmasına kömək edir.

Paylaş

Xəbər lenti

Bakı-Sumqayıt yolunda TIR-ın daşıdığı texnika körpüyə ilişdi Bu gün, 13:48 Azərbaycanda 47 min iş yeri açılacaq Bu gün, 13:48 Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq Bu gün, 13:48 Almaniyada 16 yaşlı qıza qarşı hərəkətlərə görə robot müsadirə edilib Bu gün, 13:48 Sergey Lavrov Bakıda keçiriləcək sammitdə iştirak edəcək Bu gün, 13:48 Rusiya casusluq ittihamı ilə yapon jurnalisti həbs edib Bu gün, 13:48 AMB: Ödəniş sistemləri üzrə yeni xidmət haqları vətəndaşlara bilavasitə şamil olunmur Bu gün, 13:48 Həkimdən xəbərdarlıq: Bu qidalar insult riskini artırır Bu gün, 13:48 Elnur Əliyev: Sahibkarlar üçün dəstək mexanizmləri investisiya imkanlarını genişləndirməyə hesablanıb Bu gün, 12:48 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş Bu gün, 12:48 Azərbaycanda məktəbli formasına görə asayişi pozanlar həbs edildilər Bu gün, 12:48 Aqşin Ağkəmərli 66 yaşında vəfat etdi Bu gün, 12:48 Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər Bu gün, 12:48 Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür Bu gün, 12:48 İlon Mask ABŞ-də aralıq seçkiləri üçün 366 milyon dollar xərcləyib Bu gün, 12:48 İxracatçılara şad xəbər: Daşınma xərclərinin böyük qismi dövlət tərəfindən qarşılanacaq Bu gün, 12:48 Kartdan-karta pul köçürənlərin DİQQƏTİNƏ - Aprelin 1-dən bu qədər pul tutulacaq Bu gün, 12:48 Xüsusi nümayəndə: "Kəlbəcər rayonunun Zar kəndinə növbəti köç gözlənilir" Bu gün, 12:48 Bakı-Sumqayı yolunda TIR-ın daşıdığı texnika körpüyə ilişdi Bu gün, 12:48 Azərbaycanda rəqabət xəritəsi hazırlanacaq: Bazarlardakı vəziyyət qiymətləndiriləcək Bu gün, 11:49 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü Bu gün, 11:49 Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib Bu gün, 11:49 Pərviz Şahbazov: Energetika sektorunda rəqabətin inkişafı üçün geniş islahatlar aparılıb Bu gün, 11:49 Prezident: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir Bu gün, 11:49 Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır Bu gün, 11:49 Taleh Kazımov Dünya Bankının və IMF-in İllik Toplantılarında iştirak edəcək Bu gün, 11:49 Prezident: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir Bu gün, 11:49 Azərbaycanda sahibkarların qarşılaşdığı maneələr araşdırılacaq Bu gün, 11:49 Pərviz Şahbazov: Azərbaycanda yaşıl enerji üzrə yeni hərraclar keçiriləcək Bu gün, 11:49 Elnur Əliyev sahibkarlara verilən güzəştləri və investisiya layihələrinin həcmini açıqlayıb Bu gün, 11:49 Gədəbəydə avtomobil aşıb, ölən var Bu gün, 11:49 Mərkəzi Bankdan yeni qərar: Ödəniş haqları aşağı salınır Bu gün, 11:48 AAYDA: Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb Bu gün, 10:48 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb Bu gün, 10:48 Hindistanın XİN rəhbəri Azərbaycana gəlib Bu gün, 10:48 Daşkəndin plov qoxulu tüstüsü və Mərkəzi Asiyanın incisindən tüstüsüz gələcəyə doğru - FOTOREPORTAJ Bu gün, 10:48 Bakıda IIl Milli Rəqabət Forumu keçirilir Bu gün, 10:48 Azərbaycanın ilk qadın snayperi vəfat etdi Bu gün, 10:48 Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib Bu gün, 10:48 Hafiz Paşayev: ADA texniki ixtisaslara xüsusi diqqət yetirir Bu gün, 10:48 Media və Yayım Şurası: "İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib" Bu gün, 10:48 İlon Mask yenidən trilyon dollarlıq sərvətini itirdi Bu gün, 09:48 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı Bu gün, 09:48 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat Bu gün, 09:48 Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq Bu gün, 09:48 Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub Bu gün, 09:48 "Yuventus" Kriştiano Ronaldoya olan borcla bağlı qərardan şikayət verib Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR