Bu gün, 11:49 101

Elnur Əliyev sahibkarlara verilən güzəştləri və investisiya layihələrinin həcmini açıqlayıb

Azərbaycanda sahibkarların maliyyə resurslarına çıxışının asanlaşdırılması, ixrac xərclərinin azaldılması və yeni investisiya layihələrinin təşviqi istiqamətində müxtəlif dövlət dəstəyi mexanizmləri tətbiq olunur.

AVESTA.AZ xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev III Milli Rəqabət Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, qeyri-neft-qaz məhsullarının ixracı zamanı daşınma xərclərinin 70 faizədək hissəsinin dövlət tərəfindən qarşılanması, kiçik və orta ixracatçıların gömrük rəsmiləşdirilməsi üzrə ödədikləri yığımların bir qisminin kompensasiya olunması nəzərdə tutulur. Bundan başqa, Naxçıvanda istehsal edilən məhsulların Azərbaycanın digər ərazilərinə daşınma xərclərinin 70 faizi dövlət hesabına ödənilir.

E.Əliyevin sözlərinə görə, regionlarda biznesin maliyyələşdirilməsini asanlaşdırmaq məqsədilə Bakı və Abşeron yarımadasından kənarda verilən kreditlər üzrə faizlərin 50 faizinin subsidiyalaşdırılması mexanizmi də fəaliyyət göstərir. Kreditlər üzrə əsas borcun işğaldan azad edilmiş ərazilərdə 90 faizədək, digər regionlarda isə 50 faizədək hissəsinə dövlət zəmanətinin verilməsi planlaşdırılır.

Nazir müavini əlavə edib ki, 2027-ci ildən sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Bu addım yeni müəssisələrin yaradılması zamanı sahibkarların ilkin xərclərini azaltmağa yönəlib.

O vurğulayıb ki, dəstək proqramlarının nəticə verməsi üçün müraciətlərə vaxtında baxılması, tətbiq qaydalarının aydın olması və müvafiq şərtlərə cavab verən sahibkarların həmin imkanlardan istifadə edə bilməsi vacibdir.

E.Əliyev investisiya təşviqi mexanizminin əhatə dairəsi və müddəti barədə də məlumat verib. Bildirilib ki, 17 strateji istiqaməti əhatə edən mexanizmin qüvvədəolma müddəti 2029-cu ilin sonuna qədər uzadılıb. Sentyabrın 1-nə olan məlumata görə, 528 sahibkarlıq subyektinə ümumilikdə 633 investisiya təşviqi sənədi təqdim edilib. Bu layihələr çərçivəsində 9,3 milyard manat investisiyanın yatırılması və təxminən 47 min yeni iş yerinin yaradılması planlaşdırılır.

Nazir müavini qeyd edib ki, Azərbaycan Biznesinin İnkişafı Fondu 2026-cı ilin ilk səkkiz ayında təxminən 4 300 layihəyə 223 milyon manat güzəştli kredit ayırıb. Onun sözlərinə görə, investisiya təşviqi sənədlərinin verilməsi ilə kifayətlənmək olmaz, layihələrin reallaşdırılması, müəssisələrin fəaliyyətə başlaması və nəzərdə tutulan iş yerlərinin yaradılması da nəzarətdə saxlanılmalıdır.

E.Əliyev investisiya layihələrinin icrası zamanı sahibkarlara dəstək göstərilməsinin əhəmiyyətinə də diqqət çəkib. O bildirib ki, sentyabrda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan 23 investisiya sənədi imzalanıb. "Bakı Enerji Həftəsi" çərçivəsində elan olunan layihələr də nəzərə alındıqda, investisiyaların ümumi məbləği 16,7 milyard dollara çatır.

Nazir müavini vurğulayıb ki, bu potensialın real iqtisadi nəticələrə çevrilməsi üçün layihələrin həyata keçirilməsinə dəstək verilməsi və icra prosesində ortaya çıxan problemlərin vaxtında aradan qaldırılması zəruridir.

Paylaş

Xəbər lenti

Elnur Əliyev: Sahibkarlar üçün dəstək mexanizmləri investisiya imkanlarını genişləndirməyə hesablanıb Bu gün, 12:48 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş Bu gün, 12:48 Azərbaycanda məktəbli formasına görə asayişi pozanlar həbs edildilər Bu gün, 12:48 Aqşin Ağkəmərli 66 yaşında vəfat etdi Bu gün, 12:48 Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər Bu gün, 12:48 Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür Bu gün, 12:48 İlon Mask ABŞ-də aralıq seçkiləri üçün 366 milyon dollar xərcləyib Bu gün, 12:48 İxracatçılara şad xəbər: Daşınma xərclərinin böyük qismi dövlət tərəfindən qarşılanacaq Bu gün, 12:48 Kartdan-karta pul köçürənlərin DİQQƏTİNƏ - Aprelin 1-dən bu qədər pul tutulacaq Bu gün, 12:48 Xüsusi nümayəndə: "Kəlbəcər rayonunun Zar kəndinə növbəti köç gözlənilir" Bu gün, 12:48 Bakı-Sumqayı yolunda TIR-ın daşıdığı texnika körpüyə ilişdi Bu gün, 12:48 Azərbaycanda rəqabət xəritəsi hazırlanacaq: Bazarlardakı vəziyyət qiymətləndiriləcək Bu gün, 11:49 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü Bu gün, 11:49 Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib Bu gün, 11:49 Pərviz Şahbazov: Energetika sektorunda rəqabətin inkişafı üçün geniş islahatlar aparılıb Bu gün, 11:49 Prezident: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir Bu gün, 11:49 Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır Bu gün, 11:49 Taleh Kazımov Dünya Bankının və IMF-in İllik Toplantılarında iştirak edəcək Bu gün, 11:49 Prezident: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir Bu gün, 11:49 Azərbaycanda sahibkarların qarşılaşdığı maneələr araşdırılacaq Bu gün, 11:49 Pərviz Şahbazov: Azərbaycanda yaşıl enerji üzrə yeni hərraclar keçiriləcək Bu gün, 11:49 Elnur Əliyev sahibkarlara verilən güzəştləri və investisiya layihələrinin həcmini açıqlayıb Bu gün, 11:49 Gədəbəydə avtomobil aşıb, ölən var Bu gün, 11:49 Mərkəzi Bankdan yeni qərar: Ödəniş haqları aşağı salınır Bu gün, 11:48 AAYDA: Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb Bu gün, 10:48 Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb Bu gün, 10:48 Hindistanın XİN rəhbəri Azərbaycana gəlib Bu gün, 10:48 Daşkəndin plov qoxulu tüstüsü və Mərkəzi Asiyanın incisindən tüstüsüz gələcəyə doğru - FOTOREPORTAJ Bu gün, 10:48 Bakıda IIl Milli Rəqabət Forumu keçirilir Bu gün, 10:48 Azərbaycanın ilk qadın snayperi vəfat etdi Bu gün, 10:48 Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib Bu gün, 10:48 Hafiz Paşayev: ADA texniki ixtisaslara xüsusi diqqət yetirir Bu gün, 10:48 Media və Yayım Şurası: "İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib" Bu gün, 10:48 İlon Mask yenidən trilyon dollarlıq sərvətini itirdi Bu gün, 09:48 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı Bu gün, 09:48 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat Bu gün, 09:48 Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq Bu gün, 09:48 Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub Bu gün, 09:48 "Yuventus" Kriştiano Ronaldoya olan borcla bağlı qərardan şikayət verib Bu gün, 09:48 Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib Bu gün, 09:48 Mikayıl Cabbarov "Rebuild Karabakh" sərgisinin iştirakçılarına çağırış edib Bu gün, 09:48 Bakının iki rayonunda işıq olmayacaq - Küçələrin adları Bu gün, 08:48 "Barselona" səfərdə qalib gəldi, "İnter" öz meydanında uduzdu Bu gün, 08:48 Dini şüarlar, pozulan dərslər: Məktəb qarşısındakı gərginlik şagirdlərə necə təsir edir? Bu gün, 08:48 Ankarada səfirliyimizə qarşı aksiyanı qadağan olunmuş təşkilat təşkil edib Bu gün, 08:48 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi Bu gün, 08:48 Bakının bir sıra yollarına nəqliyyatın sıxlığı yaranıb Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR