
Bakıda Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə IIl Milli Rəqabət Forumu işə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, forumda millət vəkilləri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun nümayəndələri iştirak edirlər.
Tədbirdə Dövlət Agentliyinin sədri Elnur Bağırovla yanaşı energetika naziri Pərviz Şahbazovun, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun, iqtisadiyyat nazirinin I müavini Elnur Əliyevin çıxışları nəzərdə tutulub.
Forumda ölkədə rəqabət siyasətinin aktual məsələlərinin müzakirəsi, rəqabət mühitinin inkişafına dair prioritet istiqamətləri, və bu sahədə qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub. Milli Fəaliyyət Planının müəyyən etdiyi strateji hədəflərin təşviqi baxımından mühüm platforma rolunu oynayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.