
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
AVESTA.AZ bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, şirkətin prezidenti Rövşən Nəcəf Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat ilə görüş keçirib.
Görüşdə nazirə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri, SOCAR-ın çoxşaxəli fəaliyyəti və uzunmüddətli strateji hədəfləri barədə məlumat verilib. Şirkətin Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələrdən, əldə etdiyi nailiyyətlərdən bəhs olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.