
NASCAR pilotu Federiko Qutiyerres Houp 17 yaşında dünyasını dəyişib.
"AVESTA.AZ" xarici mətbuata istinadən xəbər verir ki, onun idman avtomobili yük maşını ilə toqquşub. Hadisə səyahət zamanı baş verib.
Ağır xəsarətlər alan Houp xəstəxanaya çatdırılarkən vəfat edib.
Qeyd edək ki, Federiko Qutiyerres Houp NASCAR-da gələcəyin ulduzu hesab olunurdu.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.