
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə yeni prorektor təyin edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Seymur Nəcəfov maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Seymur Nəcəfov 26 may 2026-cı il tarixindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Maliyyə və təminat departamentinin direktoru - baş mühasibi vəzifəsini icra edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.