
Dünya əmtəə birjalarında neftin qiymətində artım qeydə alınıb. Həm "Brent", həm də "WTI" markalı neftin fyuçers müqavilələri üzrə qiymətləri bahalaşıb.
AVESTA.AZ xəbər verir ki, "ICE London" qitələrarası birjasında "Brent" markalı neftin 2026-cı ilin dekabr ayı üzrə fyuçerslərinin qiyməti 0,24% artaraq bir barel üçün 109,81 ABŞ dollarına çatıb.
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında isə 2026-cı ilin noyabr ayında tədarük ediləcək "WTI" markalı neftin bir barelinin qiyməti 0,27% yüksələrək 103,94 ABŞ dolları olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.