
Bakıda 160 nömrəli marşrut avtobusunda hərəkət qrafiki ilə bağlı yaranan vəziyyət sərnişinlərin narazılığına səbəb olub.
AVESTA.AZ-in "qaynar xətti"nə daxil olan məlumata görə, avtobus Binə qəsəbəsinin mərkəzinə çatanda bir şəxs sürücüdən dayanaraq gözləməsini tələb edib.
İddia olunur ki, həmin şəxs avtobusun qrafikdən tez gəldiyini əsas gətirərək sürücüyə hələ hərəkət vaxtının çatmadığını bildirib. Bu cür hallar sərnişinlərin gündəlik hərəkətinə mane olub. İşə tələsən insanların avtobusun dayanaraq gözləməsi narazılıq yaradıb.
Mövcud vəziyyətə etiraz edən bir xanım isə kobud rəftarla üzləşib. Belə ki, avtobusun gözləməsini istəyən şəxs ona "Sən kimsən?" deyə müraciət edib.
Görüntüləri olduğu kimi təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.