
Cəlilabad rayon icra hakimiyyətinin başçısına yeni müavin təyin edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Rafiq Cəilov bununla bağlı müvafiq əmr imzalayıb.
Müvafiq əmr ilə Vahid Mirzəyev icra başçısının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, V. Mirzəyev bu təyinata qədər Cəlilabad bələdiyyəsinin sədri vəzifəsini icra edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.