
İngiltərənin "Çelsi" və "Mançester Yunayted" klubları Portuqaliyanın "Sportinq" komandasında çıxış edən Flavio Qonsalveşlə maraqlanır.
BAKU.WS xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
Mənbənin məlumatına görə, 19 yaşlı cinah hücumçusunun müqaviləsində 60 milyon avroluq sərbəstqalma məbləği nəzərdə tutulub. Bununla belə, hər iki İngiltərə klubu futbolçunu 45-50 milyon avro dəyərində qiymətləndirir və qış transfer pəncərəsində bu məbləğdə təklif irəli sürə bilər.
Qonsalveş cari mövsümdə bütün turnirlərdə 9 oyunda meydana çıxıb. O, bu matçlarda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Futbolçunun "Sportinq"lə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalına əsasən, onun bazar dəyəri 15 milyon avrodur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.