Dünən, 19:48 129

14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı

Hesablama Palatasının 2026-cı il üzrə İş Planına müvafiq olaraq, 2024-2025-ci illərdə dövlət büdcəsindən 14 yerli icra hakimiyyəti orqanında (Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar və Cəlilabad rayon icra hakimiyyətləri (RİH), eləcə də Mingəçevir, Lənkəran və Şəki şəhər icra hakimiyyətləri (ŞİH)) yolların əsaslı təmirinə ayrılmış vəsaitlərin idarə edilməsinin analitik təhlili aparılıb.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki,analitik fəaliyyət çərçivəsində yerli icra hakimiyyəti orqanlarında yolların əsaslı təmirinə xərc edilmiş vəsait yalnız sənədli təhlillə (nəzarət ölçü aparılmayıb) əhatə olunmuş, sübutlar qiymətləndirilərkən yerli icra hakimiyyəti orqanları tərəfindən Hesablama Palatasına təqdim edilmiş ilkin sənəd və məlumatlar təhlil olunaraq nəzərə alınıb.

Analitik fəaliyyətin nəticəsində əsasən aşağıdakılar müəyyən edilib:

"Şəhərdaxili avtomobil yollarında əsaslı təmir işlərinin zəruriliyi müəyyən edilərkən yolun faktiki texniki vəziyyəti instrumental müayinələr, ölçmələr, laborator sınaqlar və müvafiq texniki sənədlərlə kifayət qədər əsaslandırılmamış, qüsur aktları əsasən vizual baxışla tərtib edilib. Normativ-hüquqi aktların tələblərinə tam riayət olunmaması təmir ehtiyacının obyektiv təyin edilməsini, yerinə yetirilmiş işlərin yolun real vəziyyətinə uyğunluğunun qiymətləndirilməsini, eləcə də dövlət büdcəsi vəsaitlərinin qənaətlilik, səmərəlilik və nəticəlilik prinsipləri əsasında idarə olunmasını məhdudlaşdırılıb.

Yolların əsaslı təmirinə dair layihə-smeta sənədləri dövlət ekspertizasından keçib təsdiqlənsə də, layihələrdə yalnız asfalt-beton örtüyünün qalınlığının müəyyən edilməsi ilə kifayətlənilib. Yolun uzununa və eninə profilləri, maililik göstəriciləri, habelə səth sularının kənarlaşdırılması üzrə texniki həllər layihələndirmə və icra mərhələsində nəzərə alınmayıb.

Nəticədə əsaslı təmir olunmuş yollarda normativ həndəsi parametrlər və təbii suaxını təmin edilməmiş, yol örtüyündə suyun toplanması, lokal çökəkliklərin və əks-maililiklərin yaranması riskləri meydana çıxıb. Bu hal yol örtüyünün istismar müddətini qısaltmaqla yanaşı, ayrılmış büdcə vəsaitlərinin gözlənilən effekti verməməsinə və gələcəkdə əlavə təmir xərclərinin yaranmasına şərait yaradıb.

Layihə-smeta sənədlərinin hazırlanmasına əsas olan qüsur aktlarının satınalma prosedurundan sonrakı tarixlərdə tərtib edilməsi obyekt üzrə iş həcmlərinin və ehtimal olunan qiymətin lazımi əsaslandırma aparılmadan formalaşdırıldığını göstərir. Altı yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilmiş 6 291 235.7 manat məbləğdə təmir işlərində satınalma müqaviləsi bağlandıqdan cəmi 1-2 (bəzi hallarda 4) gün sonra işlərin başa çatmasına dair qəbul aktlarının rəsmiləşdirilməsi işlərə satınalma prosedurundan əvvəl başlanıldığını təsdiqləyir. Bütün bu nöqsanlar dövlət satınalmalarında rəqabətlilik, şəffaflıq və vəsaitlərdən qənaətlə istifadə prinsiplərinə riayət olunmadığını və proseslərin əsasən formal xarakter daşıdığını göstərir.

Aparılan təhlillərə əsasən, söküntü zamanı əldə olunan tikinti materialları qiymətləndirilərək mədaxil edilməyib və ya podratçılarla qarşılıqlı hesablaşmalarda nəzərə alınmayıb. Eyni zamanda, frezlənmə və söküntü materiallarının daşınmasını təsdiq edən müvafiq icazələr olmadığı halda daşınma xərcləri smeta sənədlərinə daxil edilib. Satınalmaya çıxarılan iş həcmləri əsaslandırılmadan dəyişdirilib, bəzi işlərin həcmi müqavilələrdə artırılmış, əvvəlcədən faktiki icra olunmuş işlər sonradan dövlət ekspertizasından keçmiş layihə-smeta sənədlərinə, satınalma şərtlərinə və qəbul aktlarına əlavə olunub.

Dörd yerli icra hakimiyyəti orqanı üzrə layihə-smeta sənədlərində işlərə hüquqi əsası olmayan digər smeta normativlərinin tətbiq edilməsi, iki yerli icra hakimiyyəti orqanı üzrə səlahiyyətlərinə aid olmayan yol nişanlanması, xətlənmə və rənglənmə işlərinin yolların əsaslı təmiri üzrə smetalara daxil edilərək rəsmiləşdirilməsi satınalma predmetinin hüquqi və funksional aidiyyətinin düzgün müəyyən edilmədiyini göstərir.

Asfalt-beton örtüklü mövcud təmirli yolların müəyyən hissəsində qüsur aktlarının real vəziyyəti əks etdirməməsi, söküntü və bərpa üzrə texniki normaların gözlənilməməsi layihə-smeta və satınalma sənədlərinə artıq iş həcmlərinin daxil edilməsinə şərait yaradıb. Mühasibat uçotu və tikinti sahəsini tənzimləyən qanunvericiliyin tələblərinin gözlənilməməsi nəticəsində 14 yerli icra hakimiyyəti orqanı üzrə ümumilikdə 1 078 610.9 manat məbləğində işlərin həcm və dəyərinin artırılmasına və podratçılara artıq ödənişin edilməsinə yol verilib. Analitik fəaliyyət dövründə qeyd olunan məbləğ dövlət büdcəsinə tam bərpa edilib.

Təhlil zamanı bütün yerli icra hakimiyyəti orqanlarında satınalmalar üzrə xarakterik olmaqla, biri-birini təkrarlayan çoxsaylı satınalma qanunvericiliyinin pozulması hallarına, o cümlədən, təchizatçılar tərəfindən icra təminatlarının gecikdirilməklə təqdim olunması, müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi, habelə öhdəliklərin gecikdirildiyi müddətdə icra təminatının olmaması və dövlət vəsaitinin uzun müddət özəl qurumların istifadəsində qalması halları qeydə alınıb.

Eyni zamanda, öhdəliklərini vaxtında icra etməyən podratçılara müqavilə şərtlərinə uyğun cərimələrin tətbiq edilməməsi və ya müqavilələrin xüsusi şərtlərində cərimə faizlərinin nəzərdə tutulmaması öhdəliklərin gecikdirilməsinə və cərimələrin hesablanmasının məhdudlaşmasına səbəb olub.

Şəhərdaxili avtomobil yollarının faktiki vəziyyəti, uzunluğu, yol örtüyünün növü, konstruktiv elementləri, balans və digər göstəricilər üzrə texniki pasportlaşdırma və müvafiq uçotun aparılması, eləcə də bu məlumatların avtomobil yollarının vahid dövlət reyestri, daşınmaz əmlakın dövlət reyestri və kadastr məlumatları ilə uzlaşdırılması qanunvericiliyin tələblərinə uyğun təmin olunmayıb. Bu hal yol təsərrüfatı obyektlərinin faktiki və hüquqi vəziyyətinin dəqiq müəyyənləşdirilməsini, onların uçotunun düzgün aparılmasını, saxlanılmasını və əsaslı təmirə dair qərarların obyektiv məlumatlar əsasında qəbul edilməsi imkanlarını məhdudlaşdırıb. Eyni zamanda, şəhərdaxili yolların balansa götürülməməsi nəticəsində analitik fəaliyyətlə əhatə olunan obyektlər üzrə 2024-2025-ci illərdə dövlət vəsaiti hesabına yaradılmış və ya əsaslı təmir edilmiş 23 977 875.5 manat məbləğində yol aktivləri mühasibat uçotunda əks olunmayıb, əsaslı xərclər kapitallaşdırılmayıb. Bu nöqsanlar yerli icra hakimiyyəti orqanlarının maliyyə və əmlak hesabatlarının təhrif olunması ilə nəticələnib, ümumilikdə ölkə üzrə dövlət əmlakının uçotunun şəffaflığına və etibarlılığına mənfi təsir göstərib".

Paylaş

Xəbər lenti

CNN: ABŞ Yaxın Şərqdən diplomat və onların ailələrini təxliyə edir Bu gün, 22:48 Bakıda bu bağçada uşaqlara qarşı edilən zorakılıq DİN tərəfindən araşdırılır Bu gün, 22:48 Famil Xəlilov: "Prezidentin komandanı təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək" Bu gün, 22:48 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu Bu gün, 22:48 Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb Bu gün, 22:48 Sumqayıtda su fontan vurdu Bu gün, 22:48 Xamenei idarəetmədə müasir texnologiyalardan istifadəni tapşırıb Bu gün, 21:48 "Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilməyib Bu gün, 21:48 Bakıda Zeytun Festivalının rəsmi açılışı olub Bu gün, 21:48 Zelenski Ukraynada "Starlink"in işinin bərpa olunduğunu bildirib Bu gün, 20:48 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat Bu gün, 20:48 FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib Bu gün, 20:48 Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib Bu gün, 20:48 Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb Bu gün, 20:48 Fransada etiraz aksiyasında gərginlik: Gözyaşardıcı qazdan istifadə edildi Bu gün, 20:48 Kartdan-karta pul köçürənlərə vacib xəbər Bu gün, 19:48 "Fars": Hörmüzdə neft tankerində partlayış baş verib Bu gün, 19:48 İranda casusluq ittihamı ilə iki nəfər həbs olunub Bu gün, 19:48 Ceyhun Cəlilov Ordubadda vətəndaş qəbulu keçirib Bu gün, 19:48 Bakıda bu bağçada uşaqlara zorakılıq edilir - İDDİA Bu gün, 18:48 57 yaşlı müğənni vəfat etdi Bu gün, 18:48 Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb Bu gün, 18:48 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat Bu gün, 18:48 Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib Bu gün, 18:48 İllər əvvəl silahlı hücuma məruz qalan İbrahim Tatlıses 40 gün bu filmi izləyib Bu gün, 18:48 Azərbaycan Basketbol Liqası: "Ordu" NTD-ni məğlub edib Bu gün, 17:48 Fransada etirazlarda 135 nəfər saxlanılıb, asayişin təmin edilməsinə 70 min polis cəlb ediləcək Bu gün, 17:48 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı Bu gün, 17:48 İki nəfərin öldüyü "Sabunçu keçidi"ndə hansı tədbirlər görülüb? Bu gün, 17:48 Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycanın U-20 voleybol millisi ikinci oyunda məğlub olub Bu gün, 17:48 Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - İDDİA Bu gün, 16:48 Ötən gün xəstəxanaya yerləşdirilən 81 yaşlı müğənni evə buraxıldı Bu gün, 16:48 Roza Zərgərlinin qızı BenAy mahnı təqdim etdi Bu gün, 16:48 Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı Bu gün, 16:48 Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti Bolqarıstanda qətlə yetirildi Bu gün, 16:48 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb Bu gün, 16:48 "Premium Residence" MTK-dan ağacların kəsilməsi iddialarına cavab Bu gün, 15:48 Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? Bu gün, 15:48 Bakıda kütləvi davada öldürülən Ceyhunun oğlu MMA döyüşçüsüdür Bu gün, 15:48 Dilarə Əliyevaya vəzifə verildi Bu gün, 15:48 Azərbaycan şahmatçıları klublararası Avropa Kubokunda medallar qazanıblar Bu gün, 15:48 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb Bu gün, 15:48 Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin yeni təfərrüatı Bu gün, 15:48 Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış Bu gün, 14:48 Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir? Bu gün, 14:48 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb Bu gün, 14:48 Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb Bu gün, 14:48 Deputatın oğlunun adı qətldə hallanır: Atası və qardaşı vəzifələrini itirə bilərlər? Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR