
"Qalatasaray" rəhbərliyi əzəli rəqibi "Fənərbağça" ilə qarşılaşma öncəsi futbolçulara böyük mükafat vəd edib. İstanbul təmsilçisi derbidə qalib gələcəyi təqdirdə oyunçular ümumilikdə 1,5 milyon avro əldə edə bilərlər.
BAKU.WS xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.
Bildirilib ki, klub rəhbərliyi UEFA Çempionlar Liqasında "Lill" üzərində 4:2 hesablı qələbədən sonra komandaya 700 min avro mükafat ayırmaq qərarına gəlib. Klub prezidenti Dursun Özbek isə "Fənərbağça" ilə derbidə qələbə qazanılacağı halda mükafatın 1,5 milyon avroya çatdırılacağını açıqlayıb.
Qeyd edək ki, oktyabrın 26-da Türkiyə Superliqasının 9-cu turu çərçivəsində "Qalatasaray" öz meydanında "Fənərbağça"nı qəbul edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.