
İran və ABŞ arasında gərginliyi artıra biləcək yeni hadisə baş verib. İran ordusu ölkənin cənubunda ABŞ-yə məxsus pilotsuz uçuş aparatının vurulduğunu bəyan edib.
BAKU.WS "Tasnim" agentliyinə istinadən xəbər verir ki, hadisə Bəndər-Abbas liman şəhəri üzərində qeydə alınıb.
İranın hava hücumundan müdafiə sistemlərinin ABŞ-yə məxsus "LUCAS" tipli PUA-nı vurduğu iddia edilir.
Hələlik pilotsuz uçuş aparatının İranın hava məkanında hansı məqsədlə olduğu və hadisənin hansı şəraitdə baş verdiyi açıqlanmayıb.
ABŞ tərəfi isə İran ordusunun bu iddiasına hələlik münasibət bildirməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.