
Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında növbəti qələbəsini qazanıb.
AVESTA.AZ xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda Andorra ilə üz-üzə gəlib.
Hövsan Yarış Kompleksində keçirilən görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yığma bu gün növbəti matçını saat 19:30-da Avstraliya komandasına qarşı keçirəcək.
***09:58
Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.
AVESTA.AZ xəbər verir ki, bu gün Azərbaycan millisi növbəti 2 matçını keçirəcək.
Yığma saat 12:45-də Andorra ilə qarşılaşacaq. Komanda günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gələcək. Görüş saat 19:30-da başlayacaq.
Hər iki oyun Hövsan Yarış Kompleksində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.