
İtaliya A Seriyasının 8-ci turunda "İnter" doğma meydanda "Fiorentina"nı 2:1 hesabı ilə məğlub edib.
AVESTA.AZ xəbər verir ki, Milandakı "Cüzeppe Meatsa" stadionunda keçirilən qarşılaşmada hesabı 65-ci dəqiqədə "Fiorentina"nın futbolçusu Alexandro Ximenes açıb.
Matçın əsas vaxtının sonlarında "İnter" hesabı bərabərləşdirib. Markus Türam 90+1-ci dəqiqədə fərqlənərək komandasına ümid verib.
Qarşılaşmanın taleyini isə 90+8-ci dəqiqədə Pyotr Zelinskinin penaltidən vurduğu qol həll edib. Beləliklə, "İnter" əzmkar qələbə qazanıb.
Bu nəticədən sonra xallarının sayını 22-yə çatdıran "İnter" turnir cədvəlinin liderliyinə yüksəlib. Cəmi 4 xalı olan "Fiorentina" isə 18-ci pillədə qərarlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.