
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının qalibi olub.
BAKU.WS xəbər verir ki, 77 kq çəki dərəcəsində yarışan idmançı finalda moldovalı Aleksandrin Qutunu məğlub edib.
Daha əvvəl Eldəniz Əzizli də dünya çempionu adını qazanıb.
Xatırladaq ki, turnir noyabrın 1-də başa çatacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.