
Bakının Xətai rayonunda restoranda baş verən qanlı cinayətdə öldürülən Ceyhun Mirağayevin ("Ceyhun Sabunçu") yeni fotoları yayılıb.
AVESTA.AZ həmin fotoları təqdim edir:
Xatırladaq ki, hadisə oktyabrın 23-də saat 00:10 radələrində General Şıxlinski küçəsində yerləşən "Ab Hava" restoranında baş verib. Kütləvi dava zamanı C. Mirağayev bıçaqlanaraq öldürülüb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu, Xəyyam Səfixanov, Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.
Qeyd edək ki, saxlanılan Əhməd Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini və Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadənin oğludur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.