
"Air Arabia" aviaşirkətinin təyyarələrində istifadə olunan xəritədə Azərbaycanın Xankəndi şəhərinin adı hələ də "Stepanakert" kimi qeyd olunur.
Bu barədə məlumat AVESTA.AZ-ə daxil olub.
Vətəndaş bildirib ki, o, bununla bağlı şirkətə rəsmi müraciət edib, lakin problem hələ də həllini tapmayıb.
Məsələ ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) sorğu ünvanladıq. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.