Bu gün, 12:48 65

Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkə istifadəsi ilə bağlı qadağa qüvvəyə minib

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni qaydalar tətbiq olunmağa başlayıb. Noyabrın 1-dən etibarən 15 yaşını tamamlamamış şəxslərin sosial şəbəkələrdə hesab yaratmasına icazə verilməyəcək.

AVESTA.AZ xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Yeni qaydalar oktyabrın 10-da Rəsmi Qəzetdə dərc olunan "Sosial şəbəkə təminatçıları tərəfindən uşaqlara xüsusi ayrılmış xidmətlərin təqdim edilməsi və yaşın təsdiqlənməsi haqqında" əsasnaməyə əsaslanır.

Dəyişikliklərə əsasən, sosial şəbəkə platformaları istifadəçilərin yaşını yoxlamalı və 15 yaşını tamamlamamış uşaqların hesab açmaqla bağlı müraciətlərini qəbul etməməlidir. Yaşın təsdiqlənməsi üçün elektron hökumət sistemi – "e-Devlet" üzərindən xüsusi təsdiq mexanizmindən istifadə olunacaq.

Mövcud hesablar da yoxlamadan kənarda qalmayacaq. Platformalara əvvəlcədən yaradılmış hesabların yaşının təsdiqlənməsi üçün 31 mart 2027-ci ilədək keçid müddəti verilib. Yaş tələbinə uyğun gəlməyən istifadəçilərin hesabları ilə bağlı müvafiq tədbirlər görüləcək.

Yeni qaydalar 15 yaşını tamamlamış, lakin 18 yaşına çatmamış yeniyetmələrə də müəyyən məhdudiyyətlər gətirir. Bu yaş qrupuna aid hesablar standart olaraq gizli olacaq. Həmin istifadəçilərə canlı yayım açmağa və fərdiləşdirilmiş reklamlar göstərilməsinə icazə verilməyəcək. Yeniyetmələr yalnız izlədikləri hesablardan mesaj qəbul edə biləcəklər.

Bundan başqa, sosial şəbəkə şirkətləri valideyn nəzarəti alətləri təqdim etməlidir. Valideynlər övladlarının platformalarda keçirdikləri vaxta nəzarət edə, istifadə müddətinə məhdudiyyət qoya və ödənişli əməliyyatları idarə edə biləcəklər.

Qeyd edək ki, yeni tənzimləmə Instagram, TikTok, Facebook, X və YouTube kimi sosial şəbəkə xidmətlərinə təsir göstərə bilər. Bu qərar həmin platformaların Türkiyədə fəaliyyətinin dayandırılması deyil, uşaqların yaşına uyğun olmayan sosial şəbəkə xidmətlərindən istifadəsinin qarşısının alınmasına yönəlib.

Paylaş

Xəbər lenti

Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi Bu gün, 13:48 "Qızıl Qaya"da zəhərlənmə şübhəsi - AQTA araşdırmalara başladı Bu gün, 13:48 Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb Bu gün, 13:48 Azərbaycanda bəzi kolleclər ləğv olunur? Bu gün, 13:48 Bakıda media nümayəndəsinə hücum olundu Bu gün, 12:48 Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkə istifadəsi ilə bağlı qadağa qüvvəyə minib Bu gün, 12:48 İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib Bu gün, 12:48 Göygöldə qəzada dörd nəfər xəsarət aldı Bu gün, 12:48 Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək Bu gün, 12:48 Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb Bu gün, 11:48 Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır Bu gün, 11:48 Gənc həkim xərçəngdən vəfat etdi Bu gün, 11:48 Tramp və Netanyahu arasında telefon danışığı olub Bu gün, 11:48 Yanğında ölən Könül Hümbətovanın qızının acı taleyi: "Bir stəkan su içmək belə çətindir" Bu gün, 11:48 Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı Bu gün, 10:49 Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var Bu gün, 10:49 Bakıda fəaliyyət göstərməyən kombinatda yanğın olub Bu gün, 10:48 "Haber Global": "Sosial şəbəkələrdə Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır" Bu gün, 10:48 "Neftçi" səfərdə "Şamaxı" ilə qarşılaşacaq Bu gün, 10:48 Bakı-Tbilisi qatarında BİLET UCUZLAŞDI: Bu gündən... Bu gün, 09:48 Bakıda əlilliyi olan şəxslərin toplantısı yarımçıq qaldı: Məşhur restoranda zəhərlənmə şübhəsi Bu gün, 09:48 Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza baş verdi Bu gün, 09:48 Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı Bu gün, 09:48 Bakıda yaşlı qadını avtomobil vurdu Bu gün, 09:48 Yeddi "OPEC+" ölkəsi neft hasilatı kvotasını dəyişməmək barədə razılığa gəlib Bu gün, 00:48 Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi Bu gün, 00:48 96 yaşlı milyarder 48 ildir su içmirmiş Bu gün, 00:48 Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub Dünən, 23:48 Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub Dünən, 23:48 Şəkidə çaqqal qadına hücum etdi Dünən, 23:48 Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım edib Dünən, 23:48 Zelenski Ukrayna üzrə danışıqların Türkiyədə keçirilməsini təklif edib Dünən, 23:48 Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib Dünən, 22:48 "TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı Dünən, 22:48 SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb Dünən, 22:48 Göyçayda müəmmalı ölüm: Ailənin yeganə övladının meyiti tapıldı Dünən, 22:48 "Böyük Dəbilqə": Uşanqi Kokauri gümüş medal qazanıb Dünən, 21:48 Əraqçı müharibə ehtimalından danışdı: "Silahlı qüvvələr döyüş hazırlığındadır" Dünən, 21:48 Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo kursunun praktiki məşğələsini keçirib Dünən, 21:48 Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı Dünən, 21:48 Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək Dünən, 20:48 ABŞ Moskvada terror aktına hazırlıq barədə Rusiyaya məlumat ötürüb Dünən, 20:48 Bərdədə 17 yaşlı oğlanın meyiti evdə tapıldı Dünən, 20:48 Fransa Daxili İşlər Nazirliyi etirazlarda 15 mindən çox şəxsin iştirak etdiyini açıqlayıb Dünən, 20:48 Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır: Yoxlamalar başladı Dünən, 19:48 Lənkəranda qeyri-sabit hava şəraiti sitrus meyvə bağlarına ciddi ziyan vurub Dünən, 19:48 Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar Dünən, 19:48 Dünya çempionatı: Arseniy Djioyev gümüş medal qazanıb Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR