Dünən, 13:48 82

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Azərbaycanda bəzi kolleclərin profillərinə uyğun ali təhsil müəssisələrinin tərkibinə daxil edilməsi, digərlərinin isə ləğv olunması məsələsi gündəmə gəlib. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovun açıqlamasına görə, bu istiqamətdə işlər aparılır. Məsələn, Tibb Kollecinin Azərbaycan Tibb Universitetinin, eləcə də Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollecin Azərbaycan Dövlət Aqrar Universitetinin tərkibinə verilməsi kimi təkliflər səsləndirilib.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Məsələ təhsil ictimaiyyətində suallar yaradır. Kolleclərin universitetlərə birləşdirilməsi təhsilin keyfiyyətinə necə təsir edəcək? Bağlanması nəzərdə tutulan kolleclərdə təhsil alan tələbələrin, dərs deyən müəllimlərin aqibəti necə olacaq? Bu dəyişikliklər orta ixtisas təhsilinin gələcəyinə hansı təsirləri göstərə bilər?

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

"Kolleclərin əhəmiyyəti nəzərə alınmalıdır"

F.Gözəlov adına 124 nömrəli tam orta məktəbin müəllimi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına (AGMA) tabe Gənc İbtidai Sinif Müəllimləri Birliyinin təsisçisi Ülviyyə Ələkbərova hesab edir ki, orta ixtisas təhsili müəssisələrinin yenidən təşkili məsələsinə yalnız kolleclərin sayının azaldılması və xərclərin optimallaşdırılması kimi yanaşmaq düzgün deyil. Əsas məqsəd təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsi və təhsillə əmək bazarı arasında əlaqənin gücləndirilməsi olmalıdır: "Kolleclərin uyğun profilli universitetlərin tərkibinə verilməsi elmi, metodik və maddi-texniki imkanlardan daha səmərəli istifadəyə şərait yarada bilər. Lakin hər bir müəssisənin fəaliyyəti ayrıca qiymətləndirilməli, xüsusilə regionlarda kadr hazırlığında mühüm rol oynayan kolleclərin əhəmiyyəti nəzərə alınmalıdır. Belə müəssisələrin bağlanması bəzi ərazilərdə təhsilə əlçatanlığı azalda bilər". Ü.Əkbərova hesab edir ki, struktur dəyişiklikləri zamanı müəllimlərin əmək hüquqları qorunmalı, onların peşəkar təcrübəsindən səmərəli istifadə olunmalı və tələbələrin təhsilini fasiləsiz davam etdirməsi təmin edilməlidir.

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Pərakəndə fəaliyyət göstərən çoxsaylı müəssisədənsə...

Salyan rayon Kolanı kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi Elvin Məmmədov hesab edir ki, əmək bazarında ixtisaslı mütəxəssislərə tələbatın artdığı bir şəraitdə bu cür struktur dəyişiklikləri gələcək kadrların daha keyfiyyətli hazırlanmasına, tədris imkanlarının genişləndirilməsinə və orta ixtisas təhsilinin nüfuzunun yüksəldilməsinə töhfə verə bilər: "Bu proses orta ixtisas təhsili müəssisələrinin sayının azalmasına səbəb olsa da, əsas diqqət müəssisələrin çoxluğuna deyil, təhsilin keyfiyyətinə və səmərəliliyinə yönəldilməlidir. Pərakəndə fəaliyyət göstərən çoxsaylı müəssisədənsə, müasir tələblərə uyğunlaşdırılmış, güclü tədris və maddi-texniki bazaya malik təhsil müəssisələrinin formalaşdırılması daha effektiv yanaşmadır. Bu, eyni zamanda, orta ixtisas təhsilinin cəmiyyətdə nüfuzunun artmasına da müsbət təsir göstərə bilər".

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

E.Məmmədov hesab edir ki, struktur dəyişiklikləri zamanı tələbələrin və müəllimlərin hüquqlarının qorunması xüsusi əhəmiyyət daşıyır: "Yenidən təşkil olunan müəssisələrin tələbələrinin qəbul olunduqları ixtisaslara uyğun olaraq digər təhsil müəssisələrində təhsillərini davam etdirmələri, müəllimlərin isə müvafiq qaydada işlə təmin olunmaları üçün aydın və şəffaf mexanizmlər nəzərdə tutulmalıdır. Bu islahatların əsas məqsədi sadəcə təhsil müəssisələrinin sayını azaltmaq deyil, daha səmərəli təhsil mühiti yaratmaq, ixtisaslı kadr hazırlığını gücləndirmək və orta ixtisas təhsilinin keyfiyyətini yeni mərhələyə yüksəltmək olmalıdır".

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Keyfiyyətin yüksəldilməsi, maliyyədən səmərəli istifadə

Təhsil eksperti Asif Cahangirov prosesi təhsilin keyfiyyətinin yüksəldilməsi, maliyyə resurslarından səmərəli istifadə və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması baxımından məqsədəuyğun hesab edir: "Beynəlxalq təcrübədə kolleclərin fəaliyyətinin müxtəlif modelləri mövcuddur. Məsələn, ABŞ-da kolleclər bakalavriat səviyyəsində təhsil verən müəssisələr kimi fəaliyyət göstərir. Eyni zamanda, universitetlərin nəzdində fəaliyyət göstərən kolleclər də mövcuddur. Bir sıra ölkələrdə isə müəssisələr, biznes birlikləri və bələdiyyələr əmək bazarında ehtiyac duyulan peşələr üzrə mütəxəssis hazırlamaq məqsədi ilə kolleclər yaradırlar".

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Məzunların ali təhsil almaq imkanlarını genişləndirə bilər

A.Cahangirov hesab edir ki, universitetlərin nəzdində kolleclərin fəaliyyət göstərməsi məzunların gələcəkdə ali təhsil almaq imkanlarını da genişləndirə bilər: "Təhsil müəssisələrinin fəaliyyətinə dəyişməz struktur kimi yanaşmaq düzgün deyil. Əmək bazarındakı dəyişikliklər nəzərə alınaraq kolleclərdə tədris olunan ixtisaslar müəyyən müddətdən sonra yenilənə, tələbat olmayan istiqamətlər üzrə hazırlıq dayandırıla, əvəzində yeni və aktual ixtisaslar açıla bilər. Bunun üçün isə əvvəlcədən ciddi proqnozlaşdırma və əmək bazarının təhlili aparılmalıdır". Ekspert hesab edir ki, orta ixtisas təhsili müəssisələrində tədris olunan ixtisaslar ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun müəyyənləşdirilməlidir: "Əgər hər hansı kollecin hazırladığı mütəxəssislərə əmək bazarında tələbat yoxdursa, həmin müəssisənin fəaliyyətinin mövcud formada davam etdirilməsinin nə dərəcədə məqsədəuyğun olduğu sual doğurur". Kolleclərin ləğvi və ya yenidən təşkili məsələsinə toxunan ekspert hesab edir ki, bu proses müəllimlərin gələcək məşğulluğu da nəzərə alınmaqla həyata keçirilməlidir: "Əgər hər hansı kollecin məzunlarına iş yeri və onlara tələbat yoxdursa, kimi aldadırıq? İxtisaslı müəllimlərə isə təhsil sistemində, o cümlədən universitetlərdə və ümumi təhsil müəssisələrində ehtiyac yarana bilər".

Paylaş

Xəbər lenti

Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-ündə nöqsan aşkarlanıb Bu gün, 16:48 "Qalatasaray"ın rusiyalı futbolçusunun sərbəstqalma qiyməti AÇIQLANDI Bu gün, 16:48 Belçikada siyasi gərginlik: Kral baş nazirin istefasını qəbul etmədi Bu gün, 16:48 Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsinin layihəsinə rəy verib Bu gün, 16:48 Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi Bu gün, 16:48 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq Bu gün, 16:48 Hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanıb Bu gün, 16:48 SOCAR-ın 100 milyon dollarlıq istiqrazlarının tədavül müddəti başa çatıb Bu gün, 15:48 Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Oktyabr ayının reytinq cədvəli açıqlanıb Bu gün, 15:48 Tanış olduğu qadını aldadıb 96 min manatını aldı - Sumqayıtda film kimi cinayət Bu gün, 15:48 Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib Bu gün, 15:48 Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU Bu gün, 15:48 Yasamalda çörək emalı müəssisəsi bağlandı Bu gün, 15:48 Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb Bu gün, 15:48 NETTY2026 ərizə qəbulu elan edir Bu gün, 15:48 Yeni mənzil alanların DİQQƏTİNƏ - Enerji pasportu qiymətləri necə dəyişəcək? Bu gün, 15:48 Tramp Kanada ilə ticarət sazişinin imzalanmasına yaxın olduqlarını açıqlayıb Bu gün, 14:48 SOCAR ötən rüb neft emalını 3 %-dən çox azaldıb Bu gün, 14:48 Alimlərdən xəbərdarlıq: Qlobal istiləşmə buzlaqlara geri dönməz zərər vura bilər Bu gün, 14:48 SOCAR ötən rüb neft məhsullarının ixracını 3 %-ə yaxın artırıb Bu gün, 14:48 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı Bu gün, 14:48 HONOR X9e Pro: Sərhədlərə meydan oxu Bu gün, 14:48 Azərbaycanda bu şəxslər üçün bəzi xidmətlər pulsuz ola bilər Bu gün, 14:48 Azərbaycanda bu sürücülər üçün imtahan keçiriləcək - DİM açıqladı Bu gün, 13:49 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Bu gün, 13:49 Sabah Bakıda 23 dərəcə isti olacaq Bu gün, 13:48 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia Bu gün, 13:48 ABŞ-də yaşayış ərazisinə təyyarə düşüb: 9 nəfər ölüb Bu gün, 13:48 Dəniz quldurları 23 nəfərin olduğu İran balıqçı gəmisini ələ keçirdi Bu gün, 13:48 Nənələrin sevimli aksesuarı yenidən dəbə minir Bu gün, 13:48 Payızda ürəyi riskə atmadan idman etməyin YOLU AÇIQLANDI Bu gün, 13:48 "Qırmızı kitab"a düşmüş quş sərnişin təyyarəsinin işıqlarını zədələyib Bu gün, 13:48 Əvvəl 9 idi, indi 26 oldu - İstilik mövsümünə tez başlanılan rayonların sayı artırıldı Bu gün, 12:48 İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb Bu gün, 12:48 Əziz Ələkbərli: Qərbi Azərbaycana köçürülən ermənilər əcdadlarımıza məxsus dini abidələri ələ keçiriblər Bu gün, 12:48 Kənd yumurtası 50 QƏPİK OLDU - Qışda qiymət daha da qalxacaq? Bu gün, 12:48 Şura: Dövlət başçısının səsləndirmədiyi ifadələrin rəsmi mövqe kimi təqdimatı kobud dezinformasiya nümunəsidir Bu gün, 12:48 Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib Bu gün, 12:48 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - RƏSMİ Bu gün, 12:48 Oğuzda meşədə yanmış kişi meyiti tapılıb Bu gün, 11:48 BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib Bu gün, 11:48 Pensiya alanların DİQQƏTİNƏ: Gələn il artımlar belə hesablancaq Bu gün, 11:48 Sumqayıtda 5 maşın toqquşdu - Zəncirvari qəza Bu gün, 11:48 Harri Keyn üçün qızıldan butslar hazırlandı Bu gün, 11:48 Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir Bu gün, 10:48 İşdən çıxarılan şəxslərin kreditini dövlət ödəyəcək - ŞAD XƏBƏR Bu gün, 10:48 Azərbaycan sərhədçilərinə atəş açan şəxs zərərsizləşdirildi - Foto Bu gün, 10:48 BDU: Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR