
Bəxtiyar Dalinin ittiham olunduğu maddələr məlum olub.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd) maddəsi ilə yanaşı, 145-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddəsi ilə də ittiham olunur.
Bəxtiyar Dali yeni həbs edilməyib, o, 3 aya yaxındır ki, həbsdədir.
Onun barəsində həbs qətimkan tədbirini Sumqayıt Şəhər Məhkəməsi seçib.
***14:10
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur.
Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliyə qarşı Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Məşhur sima hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.
Qeyd edək ki, 66 yaşlı Bəxtiyar Dali uzun illər Rusiyada yaşayıb. Özünün dediyinə görə, hərbi mühəndis olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.