
"Həyatımda ən çox borc aldığım insan Müjdat Gezendir! Borcumun hamısını ödədim, ondan aldığım borcun sayı-hesabı yox idi".
AVESTA.AZ xəbər verir ki, bu sözləri Özlem Gürsesin təqdim etdiyi "Bana Baştan Anlat" proqramına qonaq olan aktyor Şevket Çoruh deyib.
O 2017-ci ildə çəkdiyi "Baba Sahne" filminin səhnəsinin yaradılması prosesində yaşadığı böyük maddi çətinliklərdən danışıb.
Bankdakı kreditləri ödəyə bilmədikləri dövrdə həmkarı Gezenin ona daim maddi qaynaq yaratdığını qeyd edib:
"Baba Sahne" filminin səhnəsinin yaradılması prosesində davamlı ona zəng etdim. "Nə qədər lazımdır?" deyə soruşardı. Həyatımda başıma gələn ən yaxşı 10 hadisədən biri Müjdat Gezeni tanımaq olub".
Ətraflı videoda:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.