
Gəncədə avtomobil mopedlə toqquşub, xəsarət alan var.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan "Chevrolet" markalı avtomobillə moped toqquşub.
Qəza nəticəsində moped sürücüsü, 21 yaşlı kuryer İsrail Orucov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.